Agha Financial Services MMC Agha Financial Services MMC
  • 539

Agha Financial Services MMC

Финансовые услуги

Əməkhaqqı hesablanması üzrə mütəxəssis (Payroll Specialist)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməkhaqqı hesablanması üzrə mütəxəssis (Payroll Specialist)

  • Истекает 14 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza peşəkar, məsuliyyətli və inkişaf yönümlü Əməkhaqqı hesablanması üzrə mütəxəssis tələb olunur.

Əsas vəzifə öhdəlikləri

  • İşçilərin aylıq əmək haqqının dəqiq və vaxtında hesablanması; 
  • Bonus, əlavə ödəniş, gecə saatları, məzuniyyət, xəstəlik vərəqəsi və son haqq-hesabların hesablanması; 
  • Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabatların düzgün tətbiq olunması; 
  • Əmək müqavilələri, əmək haqqı dəyişiklikləri və struktur dəyişikliklərinin sistemdə icrası; 
  • Tabellərin tərtib olunması, digər zəruri sənədləşmənin aparılması;
  • İşə qəbul və işdən azad olunma üzrə İnsan Resursları əməliyyatlarının qanunvericiliyə uyğun icrasını təmin etmək;
  • Tələb olunan kağız və elektron formatlı şəxsi qovluqların və qeydlərin düzgün və vaxtında yaradılmasını təmin etmək;
  • Dövlət portallarına və aidiyyati qurumlara hesabatların hazırlanıb təqdim edilməsi; 
  • 1C proqramında payroll əməliyyatlarının aparılması; 
  • Rəhbərlik üçün əmək haqqı analizləri və hesabatların təqdim olunması; 
  • Əmək qanunvericiliyi və vergi dəyişikliklərinin izlənilməsi və tətbiqi; 
  • Məlumatların məxfiliyinin qorunması və sənəd dövriyyəsinin düzgün idarə edilməsi. 

Tələblər

Təhsil və təcrübə

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; 
  • Payroll / Əmək haqqı hesablanması sahəsində minimum 2-4 il iş təcrübəsi; 
  • Orta və böyük sayda işçi heyəti üzrə payroll idarəetmə təcrübəsi üstünlükdür. 

Peşəkar biliklər

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə dərin bilik; 
  • Vergi qanunvericiliyi və əmək haqqı tutulmaları üzrə praktiki bilik; 
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-social.gov.az, e-gov və digər dövlət portalları ilə işləmə bacarığı; 
  • 1C və ya digər ERP proqramlarında işləmək bacarığı; 
  • MS Excel proqramını yüksək səviyyədə bilməli (Pivot Table, VLOOKUP/XLOOKUP, IF formulaları və hesabat hazırlanması). 

Şəxsi keyfiyyətlər

  • Analitik düşünmə qabiliyyəti; 
  • Yüksək diqqətlilik və məsuliyyətlilik; 
  • Məxfi məlumatlarla işləmə bacarığı; 
  • Vaxtın effektiv idarə olunması; 
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı; 
  • Stress altında operativ qərarvermə qabiliyyəti. 

Üstünlük hesab olunur

  • Mühasibat uçotu və maliyyə sertifikatları; 
  • İngilis və rus dili bilikləri; 
  • Avtomatlaşdırılmış payroll sistemlərinin qurulmasında iştirak təcrübəsi. 

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 iş günü 
  • İş saatı: 09:00 – 18:00 
  • Əmək haqqı: 1000 AZN 
  • İş yeri: Bakı şəhəri 
  • Rəsmi əmək müqaviləsi 
  • Karyera və inkişaf imkanları 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əməkhaqqı hesablanması üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

  • Daily0
  • Weekly0
  • Monthly1386