Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar konsaltinq şirkətidir. Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Mühasib tələb olunur.
Vəzifə öhdəlikləri
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, dəqiq və vaxtında əks etdirilməsi;
- Hesablaşma əməliyyatlarının həyata keçirilməsi;
- Əmək haqqı hesablamalarının və ödənişlərinin həyata keçirilməsi;
- Vergi orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də Statistika orqanlarına aid hesabatların dəqiq göstəricilər üzrə hazırlanması.
Namizədə tələblər
Bilməlidir
- Mühasibat uçotu və audit və ya maliyyə sahəsində ali təhsil;
- Peşəkar mühasib sertifikatının (PMS – MHBS) olması üstünlükdür;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
- Elektron dövlət portalları ilə işləmək bacarığı;
- Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
- Maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 iş günü
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: 800 AZN (Gross)
- İş yeri: Bakı şəhəri
- Rəsmi əmək müqaviləsi
- Karyera və inkişaf imkanları
Təklif edirik
- Peşekar iş mühitində çalışma imkanı
- Müxtəlif sahələr üzrə yeni təcrübə
- Stabil və uzunmüddətli əməkdaşlıq
- Fərdi inkişaf və təlim imkanları
- Pozitiv komanda
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər - [email protected]