Agha Financial Services MMC Agha Financial Services MMC

Tax manager

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tax manager

  • Deadline 1 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes konsultasiya xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar consulting şirkətidir. Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Tax manager tələb olunur.

Vəzifə öhdəlikləri

  • Hüquqi şəxslərin yaradılması və fiziki şəxslərin qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçirilməsini təmin etmək üçün zəruri sənədlərin toplanması və vergi orqanına təqdim edilməsi;
  • Bütün növ vergi bəyannamələrinin (Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, mədən vergisi, Aksiz vergisi, Torpaq vergisi, əmlak vergisi, və s.) hazırlanması, yoxlanılması və təqdim edilməsi;
  • Bütün növ statistik hesabatların hazırlanması, yoxlanılması və təqdim edilməsi;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hesabat”-ının hazırlanması, yoxlanılması və təqdim edilməsi;
  • Bütün növ (O cümlədən AVİS və AVİS-dən kənar) Kameral uyğunsuzluq məktublarına müvafiq cavabların yazılması və nəzarətdə saxlanılması;
  • Mühasibat uçotunun vergi uçotu ilə uyğunluğunu və tamlığının aylıq yoxlanılması;
  • Dövlət Vergi Xidməti və digər dövlət qurumları ilə rəsmi yazışmaların aparılması;
  • Vergi orqanında görüşlərin keçirilməsi, şirkətin və əməkdaşlıq etdiyimiz şirkətlərin vergi orqanında təmsil edilməsi;
  • Vergi yoxlamalarında və Vergi nəzarətində vergi ödəyicilərini təmsil etmək;
  • Rəhbərlik üçün tələb olunan idarəetmə və daxili hesabatların hazırlanması;
  • Kameral Vergi hesablamalarının araşdırılması və müvafiq rəylərin hazırlanması;
  • Maliyyə hesabatlarının vergi aspektindən təhlil edilməsi (Mənfəət vergi bəyannaməsi)
  • Tapşırıqların müəyyən edilmiş müddətlərdə və şirkətin keyfiyyət standartlarına uyğun icrasının təmin edilməsi.

Namizədə tələblər

Bilməlidir

  • Azərbaycan Respublikası Vergi və Əmək məcəlləsini ;
  • Vergi ilə əlaqəli digər qanunvericilik aktlarını, qanunları və məcəllələri
  • Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr və/və ya magistr təhsili;
  • Mühasibatlıq və vergi sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Vergi orqanlarında Kameral vergi yoxlamaları sahəsində iş təcrübəsi (üstünlük verilir);
  • Vergi orqanları ilə iş və vergi yoxlamalarında iştirak təcrübəsi;
  • Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
  • MS Excel, Word (Xüsusilə exceli çox yaxşı bilməsi zəruridir) proqramlarında sərbəst işləmək bacarığı;
  • Yeni iş mühitinə sürətli uyğunlaşmaq və müxtəlif komandalarla effektiv işləmək bacarığı;

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 iş günü 
  • İş saatı: 09:00 – 18:00 
  • Əmək haqqı: 2000 AZN 
  • İş yeri: Bakı şəhəri Yasamal rayonu
  • Karyera və inkişaf imkanları 

Təklif edirik

  • Müxtəlif sahələr üzrə praktiki təcrübə 
  • Stabil və uzunmüddətli əməkdaşlıq 
  • Peşəkar inkişaf və təlim imkanları 
  • Korporativ iş mühiti və dəstəkləyici komanda 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tax manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

  • Daily9
  • Weekly124
  • Monthly9