Aghdam City Hotel Aghdam City Hotel
  • 917

IT üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

IT üzrə mütəxəssis

  • Истекает 14 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əmək funksiyası: 

  • İT üzrə gündəlik iş üzrə bütün işləri aparmaq.
  • Oteldə bütün informasiya sistemləri haqqında iş məlumatlarına malik olmaq. 
  • Zədələnmiş (nasaz) computer sistemləri və avadanlıqların vaxtında təmirini həyata keçirtmək.
  • Sistemdəki bütün məlumat və proqramların bərpa olunması qaydalarının təşkil edib idarə etmək.
  • Sistem nasaz vəziyyətə düşdükdə məlumat və qəza qaydalarını yerinə yetirmək.
  • İstifadəçinin bütün ərizə, müraciət, proqram və şəbəkə sistemindən istifadə etmə hüquq və parollarının vaxtında  təhlükəsiz yoxlanması qaydalarını gücləndirmək. 
  • Bütün system və proqram təminatlarının cari istifadəyə verilməsi üçün qoruyub saxlamaq. 
  • İşlənib hazırlanmaqda/yerinə yetirilməkdə olan mövcud və gələcək sistemləri üzrə otel idərəçiliyinə məsləhətlər vermək. 
  • Tədqiqatlar həyata keçirtmək və proqram təminatında yaranmış nasazlıqları vaxtında məruzə etmək və müvafiq qeydlər aparmaq. 
  • Digər şöbələrin təlimçilərinə otel sistemlərindən səmərəli istifadə mövzusunda lazımi təlim materialların hazırlanmasında kömək etmək. 
  • Otelin ofis avtomatlaşdırma sistemlərini işə salmaq və onların işinə nəzarət etmək. 
  • Sistemlərə, yerli ərazi şəbəkəsinə və geniş system idarəsinə yardım göstərmək. 
  • Informasiya sistemi idarəsində bütün administrativ idarəçiliyə rəhbərlik etmək. 
  • Bütün istifadəçilərə otelin informasiya sistemlərindən istifadə edilməsində yardım etmək. 
  • Bütün otel proqram təminatı ərizələrində sənədləşməni hazırlamaq və saxlamaq.
  • Mehmanxanadakı bütün kompüter texniki vasitələrini siyahıya daxil edərək təsdiq etmək.  
  • Sistemdəki problemləri istənilən vaxtda həll etmək.
  • Qonaq tərəfindən hər hansı bir sorğu və ya təklifdən xəbərdar olmaq .
  • Bütün ehtiyat lentlərin   tətbiq olunduğuna və saytdan kənarda  saxlanmasına zəmanət vermək.
  • Müxtəlif auditoriyaların, əməliyyatların, və ya profesionalların müştərilərinə həll üçün təklif yazmaq və təqdimatlar etmək bacarığı.
  • Nəzarət etmək üçün tam praktik işə və bacarığa malik olmaq, işçi proseslərinə müvafiq olaraq təyin edilmiş işin bütün vəzifələrini yerinə yetirmək.
  • Çox tapşırıqlı və periodik iş yoxlamalarını həyata keçirmək və əməkdaşlara öhdəlikləri təyin etmək.
  • Biznesin səviyyəsini öyrənmək üçün həftəlik siyahıları qrafikləşdirmək və komplektləşdirmək.
  • İllik iş qiymətləndirmələrinin keçirilməsində iştirak etmək.
  • Öz vəzifələrinin yerinə yetirmələri üçün zəruri bacarıqlara və biliyə malik olduqlarına zəmanət vermək.
  • Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək . 

Tələblər:

  • Təhsil: Ali təhsil.
  • İş təcrübəsi: İT sahəsində ən azı 3 il iş təcrübəsi.

Bilik və Bacarıqlar:

  • Tapşırıqların prioritetləşdirməsi;
  • Vaxtın idarəolunması;
  • Problem həll etmə bacarığı
  • Proqramlaşdırma üzrə biliklər;
  • Məlumat bazaların idarəolunması və proqram təminatı
  • Beynəlxalq brendin tələblərinə uyğun sahəsinə dair işlərin icra edilməsi.

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili biliyinin olması vacibdir.
  • İş yeri Ağdam şəhərində yerləşir.

Uyğun namizədlər zəhmət olmazsa, CV-lərini “İT üzrə mütəxəssis” qeyd edərək, Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly396
  • Monthly403