Aqronom (Şimal regionu üzrə)

  • Истекает 12 февраль 2026

Təsvir

  • İllik aqrotexniki planın icrasına nəzarət etmək;
  • Budama işlərinin düzgün aparılmasına rəhbərlik etmək;
  • Bağlarda mütəmadi olaraq monitorinq aparmaq (meyvələrin inkişafı,yetişmə vəziyyəti);
  • Zərərvericilər və xəstəliklərlə bağlı mütəmadi monitorinq aparmaq və müvafiq mübarizə tədbirləri təklif etmək;
  • Suvarma işlərinə nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronom və sahə icraçısına məlumat vermək;
  • Yeni salınmış bağlarda il ərzində bitkilərin inkişaf dinamikasının meyarlarını (boy artımı, gövdə yoğunlaşması və s) izləmək və qeydiyyatını aparmaq;
  • Dərmanların norma üzrə tətbiqinə nəzarət və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
  • Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu hazırlamaq;
  • Gündəlik, aylıq və mövsümi hesabatlar hazırlamaq;
  • Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin düzgün təşkilinə rəhbərlik etmək;
  • Bağın becərilməsi və işlərin ləngiməsi ilə bağlı bütün məsələləri izləmək (360 dərəcəli baxış) və Baş aqronoma məruzə etmək;
  • Baş aqronomun verdiyi digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Aqrotexniki monitorinq və qeydiyyat aparmaq bacarığı;
  • Microsoft Office (Word, Excel, Outlook) proqramlarını istifadə bacarığı;
  • Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı;
  • Məsuliyyətlilik, hesabatlılıq və dəqiqlik;

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Yaşayış yeri
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Korporativ nömrə
  • Təlim dəstəyi
  • Karyerada yüksəlmə imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly644
  • Monthly1431