Təsvir
- Taxıl sahələrinin gündəlik baxım və nəzarət işlərini yerinə yetirir.
- Bitkilərin sağlamlığını və inkişafını müşahidə edir, problemləri erkən mərhələdə aşkar edir.
- Gübrələmə, suvarma və pestisid tətbiqi kimi aqronomik tədbirləri həyata keçirir.
- Məhsul yığımında iştirak edir və məhsulun keyfiyyətinə nəzarət edir.
- Torpaq analizi və digər laborator işlərində kömək edir.
- Aqronomiya sahəsində yeni texnologiyaların tətbiqinə dəstək göstərir.
- Müvafiq hesabat və sənədləşdirmə işlərini aparır.
Tələblər
- Aqronomiya və ya əlaqəli sahədə orta ixtisas və ya bakalavr təhsili.
- Ən azı 1 il aqronom vəzifəsində iş təcrübəsi arzuolunandır.
- Bitkiçilik və torpaq elmləri üzrə əsas biliklər.
- Təlimatlara uyğun işləmək və komanda ilə əməkdaşlıq bacarığı.
- Problemləri analiz etmək və həll etmək bacarığı.
- Yüksək məsuliyyət və diqqətlilik.
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
- Əsas kompüter və sənədləşdirmə bilikləri üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Digər
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.