İş yeri: Hacıqabul
Vəzifə öhdəlikləri:
- Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi və məhsul yığımında keyfiyyətə nəzarət etmək;
- Bitki mühafizəsi fəaliyyətlərini izləyərək zərərvericilər və xəstəliklərin risklərini azaltmaq;
- Texnikanın düzgün idarə olunması və avadanlıqların səmərəli istifadəsini təmin etmək;
- Aqrotexniki əməliyyatları optimallaşdıraraq resurs bölgüsünü və planlaşdırmanı idarə etmək;
- Kənd təsərrüfatı məhsullarının keyfiyyətini artırmaq üçün mütəmadi olaraq monitorinq aparmaq;
- Müvafiq şöbə ilə əlaqəli rəhbər tərəfindən təyin edilən digər tapşırıqları və ya layihələri icra etmək.
Tələblər:
- Ali təhsil, kənd təsərrüfatı, aqronomiya və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinə sahib olmaq;
- MS Office proqramları üzrə biliklər;
- Bitkilərin vəziyyətini müntəzəm olaraq izləmə və ətraflı məlumat toplama bacarığı;
- Torpaqdan nümunələr götürmə və aqrotexniki təcrübələri effektiv şəkildə tətbiq etmə bacarıqları:
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşünmə bacarığı və problem həll etmə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı.
Mövzü hissəsində vəzifənin adını- “Aqronom/Hacıqabul” qeyd edərək müraciətlərinizi email ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Mürciət üçün son tarix: 30 noyabr 2024