Təsvir
- Elektrik stansiyalarında, transformator stansiyalarında və yarımstansiyalarda elektrik gərginliyinin tam kəsilməsi və xidmət göstərilən binada və ya ərazidə elektrik cihazlarının qoşulması/ayrılması ilə bağlı sadə əməliyyatları icra etmək.
- Təhlükəsizlik qrupundan asılı olaraq 1000 V-a qədər və daha yüksək gərginlikli xətlərin kəsilməsi, sökülməsi, izolyasiyası və lehimlənməsi üzrə tapşırıqları yerinə yetirmək.
- Elektrik açarları, çəngəl kabelləri, divardakı elektrik yuvaları və proyektorlar kimi sadə işıqlandırma qurğularını quraşdırmaq.
- Elektrik mühərrikləri və paylayıcı şəbəkənin izolyasiya müqavimətini ölçmək və testlərini həyata keçirmək.
- Elektrik siqnalizasiya cihazlarını quraşdırmaq və tənzimləmək.
Tələblər
- Müvafiq sahə üzrə peşə /orta ixtisas təhsil;
- Elektrik ixtisas diplomu və ya sertifikatı
- Müvafiq sahə üzrə (elektrik) minimum 2 il təcrübəsi;
- Məsuliyyətli olmaq;
- Komanda ilə işləmə bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.