Təsvir
- Kənd təsərrüfatı obyektlərində elektrik avadanlıqlarını quraşdırmaq və təmir etmək.
- Elektrik sistemlərini gündəlik yoxlamaq və təhlükəsizlik qaydalarına əməl etmək.
- Elektrik nasazlıqlarını vaxtında müəyyənləşdirmək və aradan qaldırmaq.
- İşıqlandırma və digər elektrik qurğularının düzgün işləməsinə nəzarət etmək.
- Ehtiyac olduqda yeni elektrik xətləri çəkmək və kabelləri dəyişdirmək.
- İstehsalat avadanlıqlarının elektrik hissələrinə baxış keçirmək və texniki xidmət göstərmək.
- Qəza hallarında təcili müdaxilə etmək və elektrik təchizatını bərpa etmək.
- Texniki sənədlərin və hesabatların hazırlanmasında iştirak etmək.
- Texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək.
Tələblər
- Orta texniki və ya ali təhsil (elektrik mühəndisliyi sahəsində üstünlükdür).
- Elektrik sahəsində ən az 1 illik iş təcrübəsi.
- Elektrik sxemlərini oxuma bacarığı və texniki biliklər.
- Elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
- Komanda ilə işləmə qabiliyyəti və nizam-intizamlı olmaq.
- Qəzalı hallarda çevik və operativ reaksiya vermə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.