Yerləşmə: Yalama Agropark MMC, Xaçmaz Rayonu, Yalama kəndi
Hesabat verir: İnsan resursları üzrə baş direktor
Missiyamız:
Bizim missiyamız kənd təsərrüfatı məhsullarının istehsalı və emalına töhfə vermək, qida sektorunun dayanıqlı və innovativ inkişafını təmin etməkdir. Dənli bitkilərin yetişdirilməsindən başlayaraq, süd və un kimi vacib qida məhsullarının istehsalına qədər geniş fəaliyyət sahəsini əhatə edirik.
Vəzifə öhdəlikləri:
- İnsan resursları üzrə baş direktora İR siyasət və prosedurlarını hazırlamaq və həyata keçirməkdə kömək etmək;
- İR əməliyyatlarına nəzarət etmək və müvafiq əmək qanunvericiliyinə, qaydalara və daxili prosedurlara uyğunluğu təmin etmək;
- İşçi dövriyyəsinin bütün mərhələlərini, o cümlədən işə qəbul proseslərini, işçilərin adaptasiyasını, performansın idarə edilməsini, işçi münasibətlərinin təşkilini və işdən azad olunma proseslərini idarə etmək
- İR proseslərinin, sistemlərinin və məlumatlarının dəqiqliyini və effektivliyini yoxlamaq üçün müntəzəm auditlər aparmaq;
- İşçilərin məmnuniyyətini və bağlılığını artırmaq üçün müvafiq tədbirlər həyata keçirmək;
- İR fəaliyyətlərini izləmək və təhlil etmək üçün hesabatlar və analitikalar hazırlamaq
- Əmək qanunvericiliyindəki yeniliklərdən və İR ən yaxşı təcrübələrindən xəbərdar olmaq, uyğunluğu təmin etmək və potensial riskləri azaltmaq üçün tədbirlər görmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş əlavə vəzifələri yerinə yetirmək və əlaqədar şöbələrlə koordinasiya etmək;
- Sağlamlıq, təhlükəsizlik və ətraf mühit qaydalarına ciddi riayət edərək təhlükəsiz iş mühiti təmin etmək;
- Performansı idarəetmə prosesinə nəzarət etmək və performans qiymətləndirmələrini təşkil etmək.
Tələblər:
- Ali təhsil, İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi arzuolunandır;
- Müvafiq sahədə minimum 5-6 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığına sahib olmaq, rus dilini biliyi üstünlükdür;
- MS Office proqramlarında təcrübəyə sahib olmaq, 1C / SAP üzrə biliklər arzuolunandır;
- Komanda ilə effektiv ünsiyyət qurmaq və şöbənin məqsədlərinə nail olmaq üçün güclü idarəetmə bacarıqlarına sahib olmaq;
- İnsan Resursları prinsiplərini və əmək qanunvericiliyi üzrə yüksək səviyyədə biliyə sahib olmaq;
- Əla ünsiyyət qurmaq və işgüzar münasibətlər yaratmaq bacarığına malik olmaq;
- Problemləri həll etmək və qərarlar qəbul etmək bacarığına sahib olmaq;
Müraciətinizi mövzu hissəsində “İR Menecer-Yalama Agropark” qeyd edərək elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 5 yanvar 2025