Təsvir
- Obyektdə mexaniki avadanlığın fasiləsiz işləməsini və iş şəraitinin standartlara uyğunluğunu təmin etmək.
- Yeni layihələr və təkmilləşdirmələr üçün mexaniki tapşırıqları hazırlamaq.
- Maşın və avadanlıqların texniki hazırlığını təmin etmək məqsədilə müntəzəm yoxlanışlar, sınaqlar və profilaktik baxışlar keçirmək.
- Mexaniki avadanlıqların texniki qulluq və təmiri üçün sistemli qrafik hazırlamaq və həyata keçirmək.
- Əməyin təhlükəsizliyi, işçilərin sağlamlığı və ətraf mühitin qorunması ilə bağlı qaydalara riayət etmək.
- Avadanlıq və alətlərlə bağlı təlimat kitabçaları və sənədlər hazırlamaq
Tələblər
- Mexaniki təmir təcrübəsi.
- Kənd təsərrüfatı avadanlıqları haqqında biliklər.
- Texniki orta ixtisas və ya ali texniki təhsil.
- Müvafiq sahədə (təmir, mexanika, texniki xidmət və s.) minimum 1-2 il iş təcrübəsi.
- Texniki sənədlərlə işləmək bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.