Təsvir
- İşə başlamazdan əvvəl kənd təsərrüfatı maşınlarının bütün mexanizmlərinin və təhlükəsizlik sistemlərinin texniki vəziyyətini yoxlamaq;
- Kənd təsərrüfatı texnikasında aşkarlanmış nasazlıqlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək və zərurət olduqda onların aradan qaldırılması prosesində iştirak etmək;
- İş prosesində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmək;
- Texnoloji rejim normalarına, təsdiqlənmiş texnoloji reqlament və təlimatlara tam uyğun şəkildə fəaliyyət göstərmək;
- Aqrotexniki işlərin yerinə yetirilməsi zamanı kənd təsərrüfatı texnikasının istifadəsinə dair bütün normativ və qaydalara əməl etmək;
- Dərman səpən qurğularda dərman məhlullarının hazırlanmasını yalnız aqronom və ərazi üzrə məsul şəxsin iştirakı ilə həyata keçirmək və bu zaman müvafiq fərdi mühafizə vasitələrindən (FMV) istifadə etmək.
Tələblər
- Orta təhsil;
- Traktor idarəetmə hüququ verən müvafiq sürücülük vəsiqəsinə malik olmaq (müvafiq kateqoriya);
- Kənd təsərrüfatı texnikasının istismarı və texniki baxışı üzrə bilik və bacarıqlara malik olmaq;
- Aqrotexniki proseslər və sahə işlərinin texnoloji ardıcıllığı barədə anlayışa sahib olmaq;
- Texniki və yanğın təhlükəsizliyi qaydalarını bilmək və onlara əməl etmək bacarığı;
- Komandada işləmə bacarığı və yüksək məsuliyyətə sahib olmaq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Orta təhsil
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.