İş yeri: Ağsu rayonu, Gəgəli qışlaq sahəsi
Vəzifə öhdəlikləri:
- SCADA proqramı vasitəsilə silo sistemini idarə etmək, silo sistemindəki hər hansı avadanlıq problemlərini müəyyənləşdirərək bərpa etmək;
- Optimal və effektiv işin təmin edilməsi üçün silo avadanlığına müntəzəm texniki xidmətin göstərilməsi;
- Avadanlığın vəziyyətini və işini qiymətləndirmək, test nəticələrinin, texniki xidmət fəaliyyətinin və yerinə yetirilən hər hansı təmirin qeydlərini aparmaq;
- Satış və ya daşınma zamanı yük maşınlarının yüklənməsini təmin etmək;
- Məhsulların silolara qəbulunu asanlaşdırmaq və səmərəli hərəkət istiqamətlərini təmin etmək;
- Hava şəraitinə uyğun olaraq silo havalandırma sistemlərini işə salmaq;
- Gündəlik tapşırıqları təyin etmək və təyin edilmiş boşaltma sahələrinin təyin edilmiş yük maşınları tərəfindən düzgün şəkildə boşaldılmasını təmin etmək;
- Bütün təhlükəsizlik təlimatlarına riayət etmək, fərdi mühafizə vasitələrindən (PPE) istifadə etmək, qəza və ya xəsarətlərin qarşısını almaq üçün tədbirlər görmək;
- Müvafiq şöbənizlə əlaqəli bilavasitə rəhbəriniz tərəfindən təyin edilmiş hər hansı digər tapşırıqları və ya layihələri yerinə yetirmək.
Tələblər:
- Ali təhsilin olması üstünlükdür;
- Müvafiq sahə üzrə 1-2 illik praktik təcrübə;
- Ofis proqramlar, SCADA , 1C;
- İlkin tibbi yardım, məhsulun saxlanması və zərərvericilərə qarşı mübarizə və yanğınla mübarizə üzrə sertifikatlara sahib olması arzuolunandır;
- Arpa, buğda və qarğıdalı məhsullarının uzun müddətli saxlama şərtləri haqqında biliklərə sahib olmaq;
- Əla ünsiyyət və komanda ilə işləmə bacarıqları.
Mövzü hissəsində vəzifənin adını- “Silo Operator/Süsən Agro” qeyd edərək müraciətlərinizi email ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Mürciət üçün son tarix: 30 noyabr 2024