Korporativ hüquqşünas

  • Истекает 15 декабрь 2024

Öhdəliklər:

  • Müəssisənin rəhbərliyinə imzalanmaq üçün təqdim edilmiş əmr, qərar, təlimat, etibarnamə və digər daxili hüquqi sənədlərin layihələrinin qanunauyğunluğuna baxır, müvafiq rəy verir və ya dərkənar qoyur;
  • Dövlət qurumları ilə rəsmi yazışmaların, şifahi danışıqların aparılmasında iştirak və müstəqil icra;
  • Müəssisənin bütün növ əqdlərinin hüquqi tənzimlənməsi işini təşkil edilməsinə dəstək göstərir;
  • Əmək müqavilələri istisna olmaqla, Müəssisənin digər mülki-hüquqi əqdləri, saziş, niyyət protokolu və s. tərtib edir və ya onların hüquqi ekspertizası prosesində iştirak edir.
  • Müəssisənin qanuni mаrаqlаrını ifadə еdən bütün növ əqd formalarının (müqаvilələrin) nümunələrinin tərtib edilməsini, mövcud nümunələr əsasında yenilərinin hazırlanmasını təmin edir;
  • Qeyri-nümunəvi müqavilələrin və sənədlərin ekspertizasının keçirilməsi və hazırlanması işində struktur bölmə rəhbərinə dəstək göstərir, digər strukturlara, hüquqi məsləhətlər və təkliflər vеrir;
  • Tələb olunduğu halda, müvafiq müqavilələrin notarial qaydada rəsmiləşdirilməsini və (və ya) dövlət qeydiyyatına alınmasını təmin edir;
  • Tərəf müqabillərlə yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair tədbirlər görür;
  • Müəssisəni məhkəmə mübahisələri ilə əlaqədar məhkəmələrdə təmsil edə bilər, səlahiyyətləri çərçivəsində məhkəmə işlərini apara bilər;
  • Müəssisənin bütün struktur bölmələrinə hüquqi yardım edir, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verir;
  • Zəruri hallarda Müəssisəyə aid təsis sənədlərinin alınması, dəyişdirilməsi, tərcüməsi, notarial qaydada təsdiqi üçün müvafiq tədbirlər görür və səlahiyyətləri çərçivəsində müəssisəni aidiyyəti dövlət qurumları, orqanları və təşkilatlarda təmsil edilməsi ilə bağlı struktur bölmə rəhbərinin tapşırıqlarını müstəqil formada icra edir;
  • Müqavilə praktikasının təkmilləşdirilməsinə dair təkliflər verir;
  • Müəssisənin daxili normativ sənədlərinin hazırlanmasında iştirak edir;

Tələblər:

  • Hüquq sahəsində ali təhsil
  • Kommersiya və müqavilə hüququ sahəsində, habelə korporativ idarəetmənin hüquqi tənzimlənməsi  işlərində minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dili mükəmməl, ingilis dili minimum B2-C1 (rus dili bilikləri üstünlükdür)
  • Kargüzarlıq (dövlət qaydaları əsasında) bilikləri
  • MS Office proqramlarında (WORD, EXCEL, OUTLOOK və PowerPoint) səmərəli işləmə bacarığı
  • Yaxşı ünsiyyət, dürüst və peşəkar yanaşma və öyrənməyə açıqlıq
  • Daily81
  • Weekly674
  • Monthly1696