Şəbəkələr üzrə Bölgə Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şəbəkələr üzrə Bölgə Müdiri

  • Deadline 22 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Şəxsi avtomobilinin olması;
  • Satış, idarəetmə və liderlik bacarıqları;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Dəqiqlik, məsuliyyətlilik, nizam-intizam və kollektivlə işləmək bacarığı.

Vəzifə öhdəlikləri

  • Tabeliyində olan satış nümayəndələrinin və ekspeditorların fəaliyyətini idarə etmək, iş prosesinə nəzarət etmək;
  • Mövcud müştəri bazasının genişləndirilməsini, yeni korporativ müştərilərin və satış imkanlarının müəyyən edilməsini təmin etmək;
  • Satış nöqtələri ilə sağlam işgüzar münasibətlər qurmaq və şirkəti yüksək səviyyədə təmsil etmək;
  • Əməkdaşlıq edilməyən marketlərin işlənilməməsi səbəblərini araşdırmaq, nəticələri rəhbərliyə məruzə etmək və yeni məhsulların satış nöqtələrində tanıdılmasını təmin etmək;
  • Satış nümayəndələrinin fəaliyyətinə, məhsulların distribusiyasına, ticarət nöqtələrinə vizitlərin effektivliyinə və marşrut qrafikinə riayət olunmasına nəzarət etmək;
  • Aksiyaların müəyyən edilmiş qaydalara uyğun keçirilməsini və müvafiq hesabatların düzgün hazırlanmasını təmin etmək;
  • Ərazidə kəsir və ya şübhəli debitor borcu aşkarlandıqda araşdırma aparmaq, səbəbləri müəyyənləşdirmək və rəhbərliyə, eləcə də Audit Departamentinə dərhal məlumat vermək;
  • Rəqiblərin fəaliyyətini və bazardakı dəyişiklikləri təhlil etmək, satışların artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi ilə bağlı təkliflər vermək;
  • Satışlarda azalma müşahidə olunduqda səbəbləri araşdırmaq, bazar və ərazi təhlili aparmaq, müvafiq tədbirlər təklif etmək;
  • Ekspeditorların xarici görünüşünə, davranışına, şəbəkə əməkdaşları ilə münasibətlərinə, iş qrafikinə və ərazilərə vaxtında çıxışına nəzarət etmək;
  • Məhsulların satış nöqtələrində düzgün təqdim olunmasını və marketlərin məhsullarla vaxtında, tam təmin edilməsini təşkil etmək;
  • Şirkətin satış planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Kuratorluğunda olan şəbəkə marketləri üzrə debitor borclarını hər ay üzləşdirmək, müqavilə və ticari şərtləri izləmək, ödənişləri tələb və təqib etmək, ödənişlərin bölgüsünü həyata keçirmək və verilən bölgüyə görə məsuliyyət daşımaq.

İş şərtləri

  • Əmək haqqı: 2000–2500 AZN (net);
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 09:00–18:00;
  • İş ünvanı: Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi;
  • Əlavə təminatlar: Nahar, yanacaq xərcləri, korporativ mobil nömrə və avtomobilin amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Şəbəkələr üzrə Bölgə Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily116
  • Weekly448
  • Monthly1866