Müəssisənin adı: “Aqrokimya” MMC.
Tələblər:
- Cins: Qadın
- Yaş: 25-35
- Yüksək səviyyədə Azərbaycan dili (Rus və İngilis-dil bilikləri arzuolunandır);
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Punktual, məsuliyyətli, pozitiv, dürüst, Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Vəzifə öhdəlikləri:
- poçt, elektron poçt vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq sənədləri göndərmək;
- sənədlərin icra müddətinə, bu Təlimatın tələblərinə uyğun tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək
- icra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək;
- sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək;
- sənədləri işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək;
- sənədləri qoruyub saxlamaq və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etmək
İş haqqında məlumat:
- İş qrafiki: 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək
- Vakansiya növü - Tam ştat,
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Nahar şirkət tərəfindən təmin edilir
- Korporativ telefon və nömrə təqdim olunur
- Əmək haqqı – 600 Azn
- İş yeri: Bakı, Yasamal r., Şəfayət Mehdiyev148 E
CV formalarını (şəkilsiz CV- qəbul edilmir) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Kargüzar” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).