İş təsviri:
- Bitkiçilik sahəsində cari və perspektiv tapşırıqların yerinə yetirilməsi;
- Aqronom heyəti tərəfindən təyin edilmiş işlər üzrə, təsdiq edilmiş işçilik qaydaları və təlimatları ilə briqadirin nəzarəti altında istixana daxilində bitkilərə qulluq etməsi;
- İstixana daxilində bitkilərdə yarana biləcək və ya baş vermiş xəstəliklərlə bağlı dərhal briqadirə və ya aqronoma məlumat verməli;
- İstixana ərazisində bitkiyə qulluq (Yarpaq dolama, budama, bicalma, salxıma dəstək, yatırma, yığım) işlərinin təsdiq edilmiş qaydalar əsasında yerinə yetirilməsi;
- Bitkiçilik sahəsi işlərin prinsiplərini tam olaraq anlamalı, əgər bilmədiyi, əmin olmadığı mövzular varsa bir üst rəhbərdən dəstək istəməlidir;
- İstixana daxilində yerləşən prosedur qaydaları və təlimatları riayət etməli;
- İstixanada bitki xəstəlikləri və zərərvericiləri aşkar edildikdə dərhal briqadirə və ya aqronoma bildirməli və geniş yayılmış xəstəlik barədə məlumat verməlidir;
- Əkin sahəsində rastlaşdığı gündəlik problemlərin həllində köməklik göstərməli;
- Bitkiçilik tərəfindən müəyyən olunmuş vəzifə və tapşırıqların vaxtlı-vaxtında həyata keçirilməsi;
- Bitkiləri mühafizə etməli və qorumalıdır;
Tələblər:
- Orta/ Natamam-orta təhsil
- Məsuliyyətli, çevik və səliqəli
- Qadın namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
- İş qrafiki: 6 günlük iş qrafiki (1 gün istirahət)
- Əmək haqqı: 430 AZN (nett) + fəaliyyətdən asılı olaraq 40 AZN bonus
- Servis və nahar müəssisə tərəfindən qarşılanır.
Servis ünvanları: Sabunçu keçidi, Ramana, Aeroport yolu, Hövsan , Türkan , Dədə Qorqud, Suraxanı, Yeni Suraxanı, Binə Savxozu , Binə Bolluq, Binə Atçılıq, Mərdəkan, Buzovna, Şüvəlan, Bilgəh, Zabrat2
İş ünvanı: Bakı şəh, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 10/76
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət Et butonunda yerləçən elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.