Tələblər:
- Logistika istiqaməti üzrə iş təcrübəsi;
- Ali Təhsil;
- Konteyner daşımaları üzrə müştəri bazasının olması üstünlükdür.
- Analitik və məntiqi düşüncə;
- Logistik planlama və təşkilatçılıq bacarığı;
- Müvafiq sahədə iş stajı;
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
- Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dili (bacarığı üstünlükdür);
- Vaqon və Konteyner daşımaları haqqında geniş məlumatlı olmalı;
- Satış qabiliyyətli olmalı
Vəzifə öhdəlikləri:
- Satışın inkişafı və yeni müştərilərin aktiv cəlb edilməsini təşkil etmək,
- İdxal, ixrac, tranzit yüklərin konteyner ilə daşımasını təmin etmək fraxt dərəcələrinin, konteyner və terminaldan istifadə şərtlərinin tam araşdırılması;
- Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi;
- Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək;
- Konteyner daşınmaları üzrə dövri hesabatlar hazırlamaq;
- Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi.
İş şəraiti:
- 5/7 iş qrafiki, iş vaxtı: 08:30-dan 17:30-dək ;
- Rəsmi əmək haqqı;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Konteyner daşımaları üzrə mütəxəssis/aparıcı mütəxəssis yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.