AIMC (Azerbaijan International Mining Company) AIMC (Azerbaijan International Mining Company)
  • 210

AIMC (Azerbaijan International Mining Company)

Sənaye

Kəşfiyyat işləri üzrə kiçik geofizik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kəşfiyyat işləri üzrə kiçik geofizik

  • Deadline 24 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Gədəbəy şəhəri, Azərbaycan
  • İş qrafiki: Tam ştat (22 iş günü / 9 istirahət günü)

Vəzifə öhdəlikləri:

  • Geofizika və geologiyanın əsas sahələrinə dair biliklərə malik olmaq;
  • Geologiya və geofizika sahəsində tədqiqatların aparılması, nəzəriyyələrin, konsepsiyaların və metodların işlənib hazırlamaq və təkmilləşdirmək işlərində iştirak etmək;
  • Müvafiq geofiziki ölçmə və məlumatların emalı üsullarını müəyyənləşdirmək;
  • Geoloji işlərin aparılması istiqamətində məlumatların təhlilini və sistemləşdirilməsini həyata keçirmək;
  • Geofiziki avadanlıqları sınaqdan keçirmək, profillərin təyin etmək və cihazların sazlığına nəzarət etmək;
  • Maqnitometriya (“GSM-19”) cihazından istifadə edərək ölçmələr aparmaq və əldə olunmuş məlumatları müvafiq proqram təminatı vasitəsilə interpretasiya etmək;
  • Yerin maqnit sahəsinin ölçülməsi və tədqiqini həyata keçirmək;
  • Tədqiqat nəticəsində alınmış məlumatların araşdırılması, geoloji hesabatların, xəritələrin, xəritələrinin və diaqramların hazırlamaq;
  • Təşkilatın ərazisində fəaliyyət göstərən podratçı təşkilatlara texniki dəstək göstərmək;
  • Layihə sənədlərinin mövcud normaların, qaydaların və metodların tələblərinə uyğunluğunu yoxlamaq;
  • Verilənləri emal etmək, geofiziki obyektlərin ikiölçülü (2D) proyeksiyalarını və üçölçülü (3D) modellərini hazırlamaq;
  • Ehtiyat hissələrinin, alətlərin və digər materialların anbardakı mövcudluğuna nəzarət etmək, zəruri sifarişləri vermək və icra prosesini izləmək;
  • Geofizika sahəsində yaranan texniki problemləri operativ şəkildə araşdırmaq, həlli üçün təmir komandasına müvafiq göstərişlər vermək və icrasına nəzarət etmək;
  • Avadanlıqların texniki vəziyyətinin optimallaşdırılması üçün daim müzakirələr aparmaq;
  • Sahədə olan köməkçi avadanlıqların texniki cəhətdən saz və istifadəyə hazır olmasını nəzarətdə saxlamaq;
  • Geofiziklərin işlərinə, təhlükəsizlik qaydalarına riayət etməklə, düzgün şəkildə yerinə yetirməsinə nəzarət etmək;
  • Kəşfiyyat işlərinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş təkliflər hazırlamaq və operativ tədbirlər görmək;
  • Tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək keyfiyyətlə icra etmək;
  • Təhlükəsizlik, sağlamlıq, istehsalat sanitariyası, yanğından mühafizə, daxili əmək intizamı və vəzifə təlimatlarının tələblərinə riayət etmək.

Tələb edilin bilik və bacarıqlar:

  • Ali təhsil (Geofizika-geologiya  və ya müvafiq mühəndislik ixtisası üzrə) 
  • Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ümumi biliklər
  • Geoloji-kəşfiyyat və qazma işləri üzrə əsas biliklər
  • Quyuların inklinometriya ölçmələrinin aparılması üzrə bilik (“Reflex Ez-Trac”, “DeviShot” və s.)
  • Kompas və GPS cihazlarından istifadə
  • Topoqrafik məlumatların oxunması və təhlili
  • Maqnitometriya, ERT və IP geofiziki metodları üzrə praktiki təcrübə (üstünlük hesab olunur)
  • Geofiziki cihaz və avadanlıqlar üzrə yeni texnologiyaları izləmək və bilikləri daim yeniləmək
  • Analitik düşünmə və problem həll etmə
  • Yüksək təşkilatçılıq və effektiv kommunikasiya bacarığı
  • Müxtəlif ərazilərdə işləməyə və ezamiyyətlərə hazır olmaq
  • Azərbaycan və İngilis dillərini orta səviyyədə bilmək
  • Microsoft Office proqramlarından istifadə bacarığı

İmtiyazlar: 

  • Qidalanma
  • Yaşayış
  • Aylıq telefon danışıq limiti
  • Tibbi sığorta
  • İş sahəsinə gediş-gəliş nəqliyyatı

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

  • Daily113
  • Weekly371
  • Monthly2261