Kiçik Geotexnik Mühəndisi (Ağdərə)

  • Истекает 31 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Yamacların dayanıqlığını izləmək və potensial geotexniki riskləri müəyyən etmək məqsədilə gündəlik mədən inspeksiyalarını həyata keçirmək;
  • Süxurların fiziki-mexaniki xüsusiyyətlərini və yeraltı suların geotexniki parametrlərini qiymətləndirmək;
  • Qazma kernlərinin geotexniki və struktur loglaşdırılmasını (logging) aparmaq;
  • Laboratoriya və sahə sınaqları üçün süxur nümunələrinin götürülməsində iştirak etmək;
  • Geoloji və struktur xüsusiyyətlərin müəyyən edilməsi məqsədilə geotexniki xəritələndirmə işlərini həyata keçirmək;
  • Süxurun möhkəmlik parametrlərinin qiymətləndirilməsi üçün tələb olunan sahə və laboratoriya sınaqlarında iştirak etmək;
  • Sahə və laboratoriya məlumatları əsasında texniki hesabatların, qrafiklərin və digər geotexniki sənədlərin hazırlanmasına dəstək göstərmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə şirkət prosedurlarına riayət etmək.

Tələblər

  • Hidrogeologiya, Mühəndis Geologiyası, Geologiya, Dağ-Mədən Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə bakalavr təhsili;
  • Süxur kütləsinin təsnifatı (Rock Mass Classification) üzrə əsas biliklər;
  • Geotexniki prinsiplər və geoloji məlumatların təhlili üzrə baza bilikləri;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı;
  • Geotexniki, geoloji və ya əlaqəli sahədə iş təcrübəsi arzuolunandır
  • İngilis dili biliyi üstünlük hesab olunur.
  • Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir

İş şəraiti və şərtləri

  • İş yeri: Ağdərə, Azərbaycan;
  • İş qrafiki: Növbəli iş rejimi;
  • Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Kiçik Geotexnik Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily2
  • Weekly554
  • Monthly16