İş yeri: Bakı / Sahə / Hibrid
Departament: Hüquq
Vəzifənin təsviri:
- Şirkətin fəaliyyətinin tətbiq olunan qanunvericiliyə və tənzimləyici tələblərə uyğunluğunu təmin etmək üçün Uyğunluq və Tənzimləmə üzrə Hüquqşünas tələb olunur.
- Bu vəzifə hüquqi və tənzimləyici dəstəyi uyğunluq funksiyası ilə birləşdirir və dövlət orqanları ilə qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirir.
- Namizəd hüquqi biliklərlə yanaşı tənzimləyici prosesləri və maraqlı tərəflərlə işləməyi başa düşməlidir.
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
- Lisenziya, icazə və digər tənzimləyici razılıqların alınmasına dəstək
- Dövlət orqanları ilə gündəlik əlaqələrin qurulması
- Yoxlamalar və auditlər zamanı hüquqi dəstək
- Daxili siyasətlərin və prosedurların hazırlanması
- Antikorrupsiya və etik standartların tətbiqi
- Tənzimləyici dəyişikliklərin izlənilməsi və təsirinin qiymətləndirilməsi
- Uyğunluq sənədlərinin düzgün aparılması
Tələb edilin bilik və bacarıqlar:
- Hüquq üzrə ali təhsil
- 4–7 il uyğun təcrübə
- Dövlət orqanları ilə iş təcrübəsi
- Tənzimlənən sahələrdə təcrübə üstünlükdür
- Tənzimləyici mühit barəsində anlaşma
- Yüksək diqqət və təşkilatçılıq
- Güclü kommunikasiya bacarıqları
- Müstəqil işləmək bacarığı
- Azərbaycan və ingilis dilləri
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.