Namizədə tələblər:
- Ali Hüquq təhsili;
- Yaş həddi: 25-40;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook), 1C 8.3;
- Kommersiya hüququ bilikləri;
- Müqavilələrlə işləmə təcrübəsi ən azı 1 il;
- Azərbaycan dili yüksək, rus və ingilis dilləri yaxşı səviyyədə olmalı;
Gözlənilən müvafiq təcrübə:
- Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi;
- Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s.;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatı;
- Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
- Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları.
Əsas öhdəlikləri:
- Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
- Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
- Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
- Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
- Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
- Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
- Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;
- Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Əlavə məlumatlar:
- Əmək haqqı: 1100 AZN gross
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində “Aparıcı hüquqşünas - müqavilələr üzrə mütəxəssis” yazmaqla elektron poçt ünvanına göndərə bilərlər.