AK PACK MMC
Korporativ Satış nümayəndəsi — Vakansiya
Namizədə tələblər:
· Ali təhsil (Bakalavr dərəcəsi);
· MS Office proqramları üzrə biliklər (işləmək bacarığı);
· Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
· Analitik düşünmə qabiliyyəti;
· Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
Əsas vəzifə və öhdəliklər:
· Yeni korporativ (B2B) müştərilərin aktiv şəkildə axtarışı, potensial müştəri bazasının formalaşdırılması
· Yeni bazarlara çıxış üçün aktiv zənglərin olunması və B2B seqmentində qərarverici şəxslərlə (CEO, Satınalma menecerləri və s.) birbaşa əlaqələrin qurulması
· İstehsalat və satış proseslərinin koordinasiyasını idarə edə bilmək.
· Satış aktları və müqavilələrlə işləmək bacarığı.
· Əsas bazar tendensiyalarını və müştərilərin ehtiyaclarını öyrənmək;
· Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi;
· İşgüzar yazışma və sənədləşmə standartlarını bilmək və peşəkar ünsiyyət.
· Alqı-satqı, xidmət müqavilələri və satış aktlarını tələblərə uyğun hazırlamaq, təsdiqə təqdim etmək.
· Müştəri şikayətlərini dinləmək, qeydiyyata almaq və operativ həll olunması üçün rəhbərliyə təqdim etmək.
· Gecikən sifarişlərlə bağlı müştərilərlə əlaqə yaradaraq səbəbləri araşdırmaq və həll yolları təklif etmək.
· Korporativ müştərilərlə zəng vasitəsilə mütəmadi əlaqə saxlamaq, xidmət və ya məhsullar haqqında rəylər (feedback) toplayaraq müştəri məmnuniyyətini nəzarətdə saxlamaq.
· İstehsalat və satış şöbələri arasında operativ əlaqəni saxlayaraq proseslərin ardıcıllığını və vaxtında icrasını təmin etmək.
· Müştərilərdən e-poçt vasitəsilə daxil olan sifarişləri qəbul etmək, detallı analiz edib yoxlamaq, təsdiqləmək və istehsalata yönləndirmək.
· Gec sifariş verən müştərilərlə əlaqə yaradaraq gecikmənin səbəblərini araşdırmaq və öyrənmək;
· Müştərilərin hər hansı şikayətləri olduqda onları dinləmək, qeydiyyata almaq və operativ şəkildə rəhbərliyə təqdim etmək;
· Aylıq, rüblük və illik hesabatların hazırlamaq və təqdim etmək
İş şəraiti:
· İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
· İş qrafiki: həftə içi 5 gün (09:00-18:00);
· Əməkhaqqı: Bazara uyğun sabit əməkhaqqı + Satışdan (KPI / %);
· Nahar şirkət tərəfindən təmin edilir;
· Korporativ mobil nömrə;
· Servis xidməti (Sumqayıt şəhəri).
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Korporativ Satış nümayəndəsi” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.