Namizədə tələblər:
- İstehsalat üzrə mühasib əməliyyatçı olaraq iş təcrübəsi;
- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibat və ya əlaqəli sahələr üzrə);
- MS Office proqramları üzrə biliklər;
- Logo proqramından istifadə bacarığı;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
Əsas vəzifə və öhdəliklər:
- Mühasibat sənədlərinin və hesabatlarının təhlilinin aparılması;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
- Anbar qalıqlarının uçotunun aparılması;
- İstehsal və ümumi aylıq hesabatların hazırlanması;
- Bütün növ mühasibat əməliyyatlarının Logo proqramına daxil edilməsi;
- İstehsalat bölmələri ilə koordinasiyalı işləyərək maya dəyərinin hesablanması.;
İş şəraiti:
- İş yeri: Sumqayıt Kimya Sənaye parkı.
- İş qrafiki həftə içi 5 gün (09:00-18:00);
- Nahar şirkət tərəfindən qarşılanır
- Korporativ mobil nömrə
- Servis xidməti Sumqayıt şəh.
- Sumqayıtda yaşayan namizədlər üstünlük təşkil edir.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Mühasib əməliyyatçı” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.