İş şəraiti
- İş yeri: Bakı şəhəri, Binəqədi şossesi 12;
- İş rejimi: Tam ştat (həftə içi 6 gün)
- Sahə: İnteryer dizayn / Tikinti materialları və avadanlıqları
Vəzifə öhdəlikləri:
- Müştərilərlə görüşərək layihə tələblərinin müəyyənləşdirilməsi;
- Vanna otağı, mətbəx və digər sahələr üzrə interyer dizayn layihələrinin hazırlanması;
- Şirkətin satdığı məhsullar (kafel, metlax, unitaz, moydadır, aksesuarlar və s.) əsasında dizayn təkliflərinin hazırlanması;
- 2D plan və 3D vizualizasiya (render) işlərinin görülməsi;
- Şourum dizaynının hazırlanmasında və yenilənməsində iştirak;
- Müasir interyer trendlərinin izlənməsi və layihələrdə tətbiqi.
Tələblər:
- İnteryer dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- AutoCAD, 3ds Max,V-Ray (Corona Render), Photoshop və digər dizayn proqramlarında işləmə bacarığı;
- Şirkət məhsulları ilə işləmə və onları dizayna uyğun yerləşdirmə qabiliyyəti;
- Yaradıcı düşüncə və estetik zövq;
- Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma.
Əlavə üstünlüklər:
- Tikinti materialları və santexnika məhsulları sahəsində təcrübə;
- Müştəri ilə birbaşa işləmək və satışa dəstək vermək təcrübəsi.
Təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı təyin olunur);
- Peşəkar və dəstəkləyici komanda;
- Karyera inkişafı və təlim imkanları;
- Müasir iş mühiti və layihələrdə iştirak.
Müraciət üçün: CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "İnteryer Dizayner" qeyd etməklə göndərin.