İstehsal sahəsində fəaliyyət göstərən şirkətimizə 1C 8.3 proqramı ilə işləməyi bacaran, məsuliyyətli və işini bilən əməkdaş axtarılır.
İş şəraiti:
- Fəaliyyət sahəsi: İstehsal
- İş yeri: Sumqayıt Sənaye Parkı (SSP)
- İş qrafiki: Tam ştat, 6 günlük iş rejimi (08:00 – 17:00), Şənbə günü isə (08:00-13:00)
- Əmək haqqı: Müsahibə əsasında
Əsas vəzifələr:
- Anbar, istehsalat və digər sahələrdən daxil olan məlumatların vaxtında sistemə işlənməsi
- Məlumatların 1C 8.3 proqramına düzgün daxil edilməsi və yerləşdirilməsi
- Gündəlik əməliyyatların sistemdə dəqiq qeydiyyatının aparılması
- Sənədlərlə və məlumat axını ilə operativ işləmək
- Sistem üzərindən iş prosesinin sürətlənməsinə dəstək olmaq
Tələblər:
- 1C 8.3 proqramında işləmək bacarığı
- Bu sahədə praktiki iş təcrübəsi
- Məlumatların daxil edilməsi və sistemlə işləmə üzrə diqqətli olmaq
- Məsuliyyətli, çevik və dəqiq işləmək bacarığı
- İqtisadi və ya uyğun sahə üzrə təhsil arzuolunandır
Biz nə təklif edirik:
- Stabil iş mühiti
- Uzunmüddətli əməkdaşlıq imkanı
- Rahat və peşəkar iş şəraiti
- İnkişafa açıq iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.