ALCO MMC ALCO MMC

Logistika üzrə rəhbər

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Logistika üzrə rəhbər

  • Истекает 3 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Səbail rayon, Vəli Məmmədov, ev 3
  • İş rejimi: Tam ştat
  • Əməkhaqqı: Minimum 2500 AZN

Ümumi tələblər:

  • Logistika sahəsində minimum 3 il rəhbər və ya aparıcı vəzifədə iş təcrübəsi
  • Beynəlxalq və daxili daşımalar (avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı) üzrə geniş biliklər
  • İdxal–ixrac əməliyyatları, Incoterms 2020 qaydaları üzrə praktiki biliklər
  • Gömrük rəsmiləşdirilməsi prosesləri və normativ-hüquqi aktlar üzrə biliklər
  • Nəqliyyat sənədləri (CMR, TIR Karneti, Bill of Lading, Invoice, Packing List, Certificate of Origin və s.) ilə işləmə bacarığı
  • Daşıyıcı, ekspeditor, broker və sığorta şirkətləri ilə əməkdaşlıq təcrübəsi
  • İngilis, rus və Azərbaycan dillərini yazılı və şifahi şəkildə sərbəst bilməli
  • Analitik düşünmə, planlama və risklərin idarə olunması bacarığı
  • Komandanın formalaşdırılması və effektiv idarə edilməsi bacarığı
  • MS Office (xüsusilə Excel) və logistika proqramları ilə işləmə bacarığı
  • Yüksək məsuliyyət, stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün logistika fəaliyyətinin strateji planlaşdırılması və idarə olunması
  • İdxal və ixrac daşımalarının vaxtında, təhlükəsiz və qənaətli şəkildə təşkil edilməsi
  • Daşıma marşrutlarının və nəqliyyat növlərinin optimallaşdırılması
  • Nəqliyyat xərclərinin azaldılması və büdcəyə nəzarət
  • Gömrük rəsmiləşdirilməsi proseslərinin koordinasiyası və nəzarəti
  • Təchizatçılar, daşıyıcılar və tərəfdaşlarla müqavilələrin bağlanması və icrasına nəzarət
  • Logistika komandası üçün iş bölgüsünün aparılması və iş nəticələrinin qiymətləndirilməsi
  • Aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Fövqəladə halların və gecikmələrin operativ həlli
  • Logistika proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması

Qeyd: Tələblərə cavab verməyən şəxslər müraciət etməsin!
Müraciət qaydası: Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Logistika üzrə rəhbər” qeyd etməklə
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily68
  • Weekly348
  • Monthly355