SMM \ Mobiloqraf

  • Deadline 14 Dekabr 2026

Vəzifə haqqında

  • Alliance Clinic sosial media səhifələri üçün mobil telefonla keyfiyyətli video çəkən, montaj edən və yaradıcı kontent hazırlayan mobiloqraf axtarır.

Vəzifə öhdəlikləri:

  • Həkim təqdimatları, müsahibələr, xidmət və klinikanın gündəlik fəaliyyəti haqqında videolar çəkmək;
  • Instagram Reels, TikTok və Story formatlarına uyğun kontent hazırlamaq;
  • Çəkiliş ideyaları və qısa ssenarilər hazırlamaq, çəkilişləri SMM məsulu ilə planlaşdırmaq;
  • Videoları montaj etmək, subtitr, musiqi və uyğun vizual keçidlər əlavə etmək;
  • Mobil çəkiliş zamanı işıq, səs və kompozisiyanı düzgün qurmaq;
  • Hazır materialları vaxtında təhvil vermək və çəkiliş arxivini səliqəli saxlamaq;
  • Pasiyent çəkilişlərində razılıq və məxfilik qaydalarına riayət etmək.

Namizədə tələblər:

  • Mobiloqrafiya və ya video çəkilişi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Mobil telefonla peşəkar çəkiliş və montaj bacarığı;
  • CapCut, VN və ya digər uyğun montaj proqramları ilə sərbəst işləmək;
  • Sosial media formatlarını və aktual video trendlərini tanımaq;
  • Azərbaycan dilində düzgün subtitr hazırlamaq bacarığı;
  • Yaradıcılıq, məsuliyyət, operativlik və komanda ilə işləmək bacarığı;
  • Tibbi mövzuda kontent hazırlamış və rus dili bilən namizədlərə üstünlük verilir.

CV-nizi və çəkdiyiniz videolardan nümunələri 050 400 07 88 nömrəsinə WhatsApp vasitəsilə “Assist Group — Mobiloqraf” qeydi ilə göndərin.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily7
  • Weekly354
  • Monthly933