Baş Direktorun Köməkçisi

  • Истекает 6 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz, geniş profilli sahələrdə fəaliyyət göstərən İZ Qrup rəhbərliyinin gündəlik iş qrafikini idarə edəcək, yüksək intellektual səviyyəyə və texnoloji çevikliyə malik Baş Direktorun Köməkçisini axtarırıq. Bu vəzifə sadəcə inzibati dəstək deyil, rəhbərliyin strateji tərəfdaşı ("sağ əli") olmaq və mürəkkəb biznes proseslərində peşəkar çeviklik nümayiş etdirməkdir.

Tələblər:

  • Yaş həddi: 30 – 40 yaş.
  • Cins və Ailə Vəzi: Bəy namizədlərə və ailəli olan şəxslərə üstünlük verilir.
  • Dil Bilikləri: Rus və İngilis dillerində mükəmməl səviyyədə (şifahi, hüquqi və biznes yazı dilində) ünsiyyət mütləqdir.
  • Texnoloji Savadlılıq: Süni İntellekt (AI) alətləri (ChatGPT, Gemini, hüquqi analiz proqramları və s.) vasitəsilə rutin işləri optimallaşdırmaq və sürətləndirmək bacarığı.
  • Təhsil: Ali təhsil (Biznes idarəçiliyi, Maliyyə və ya Hüquq sahəsində olması üstünlükdür).
  • Təcrübə: Rəhbər vəzifəli şəxslərə köməkçi və ya idarəetmə sektorunda minimum 3 il təcrübə.

Şəxsi və preşəkar keyfiyyətlər:

  • Xarakter: Cəsarətli, çalışqan, yüksək liderlik və müstəqil idarəçilik qabiliyyəti.
  • Diqqət və Analitika: Detallara qarşı həddindən artıq həssaslıq, dərin araşdırma (research) aparmaq bacarığı və yüksək analitik düşüncə.
  • İş Etikası: Sosial mediadan minimal dərəcədə istifadə edən, vaxtın idarə olunmasında (time-management) ciddi və diqqətini tamamilə tapşırıqlara yönəldən xarakter.
  • Məsuliyyət: Tapşırıqları sadəcə icra etmək deyil, həm də prosesləri müstəqil idarə edib nəticəyə görə məsuliyyət daşımaq.

Vəzifə öhdəlikləri:

  • Qrafikin İdarə Olunması: Baş Direktorun görüşlərinin, zənglərinin və iş qrafikinin dəqiqliklə planlaşdırılması.
  • Strateji Kommunikasiya: Yerli və xarici tərəfdaşlarla (Səfirliklər, investisiya şirkətləri və partnyorlar) rəsmi yazışmaların aparılması.
  • Beynəlxalq Təmsilçilik: Xarici qonaqların qarşılanması, protokol qaydalarına uyğun müşayiət və xarici ölkələrə ezamiyyətlərin koordinasiyası.
  • İş fəaliyyəti ilə əlaqədar Azərbaycanın regionlarına və xarici ölkələrə ezamiyyətlərə getmək.
  • Sənədləşmə və Redaktə: Mühüm sənədlərin, hüquqi arayışların və təqdimatların Süni İntellekt imkanlarından istifadə etməklə "vahid mətn" halına salınması və qüsursuz redaktəsi.
  • Məxfiliyin Qorunması: Şirkətin kommersiya sirrinin, strateji planlarının və rəhbərliyin fərdi məlumatlarının mütləq konfidensiallığının (NDA əsasında) təmin edilməsi.
  • Səlahiyyətli Təmsilçilik: Baş Direktorun tapşırığı əsasında və onun adından həm online (Zoom, Teams, Google Meet), həm də offline (üz-üzə) formatda işgüzar görüşlərin keçirilməsi.
  • Danışıqların Aparılması: Tərəfdaşlarla ilkin danışıqların aparılması, şirkətin maraqlarının qorunması və görüşlərin nəticələri barədə Baş Direktora analitik hesabatların təqdim edilməsi.
  • Koordinasiya: Online görüşlər zamanı texniki təminatın (AI protokollar, qeydlər) və offline görüşlər zamanı isə lazımi sənədləşmənin və mühitin yüksək səviyyədə təşkil olunması.

Biz nə təklif edirik:

  • Professional İnkişaf: Yüksək səviyyəli və multidissiplinar biznes mühitində inkişaf imkanı.
  • Peşəkar İnkişaf və Təlimlər: İş fəaliyyəti ilə bağlı yerli və beynəlxalq səviyyəli təlim və kurslarda şirkət hesabına ödənişsiz iştirak imkanı.
  • Unikal Təcrübə: Strateji idarəetmə və beynəlxalq hüquq standartları ilə işləmək şansı.
  • Əmək Haqqı: 1000 AZN NET sabit maaş.
  • Bonus Sistemi: Performansdan və işin nəticəsindən asılı olaraq yüksək bonuslar (2000+ AZN) və karyerada sürətli yüksəliş.

CV-nizi "Baş Direktorun Köməkçisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly128
  • Monthly512