Layihələrin idarə olunması üzrə mütəxəssis / Project Management Specialist

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Layihələrin idarə olunması üzrə mütəxəssis / Project Management Specialist

  • Истекает 11 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Bu vakansiya sadəcə iş axtaranlar üçün deyil – dəyər yaradanlar üçündür!

Biz təkcə verilən tapşırıqları icra edən əməkdaş deyil, layihəni başdan sona sahiblənən, məsuliyyət götürən, problemləri gözləmək əvəzinə həll edən və nəticəyə fokuslanan peşəkar axtarırıq.

Əgər siz özünüzü təşəbbüskar, intizamlı, analitik düşüncəli və yüksək məsuliyyətli bir mütəxəssis hesab edirsinizsə və müxtəlif layihələrin idarə olunmasında real nəticələr ortaya qoymusunuzsa və ya qoya biləcəyinizə əminsinizsə bu vakansiya məhz sizin üçün ola bilər. Çanki bizim üçün yalnız CV-də yazılanlar deyil, nəyi bacardığınız, hansı nəticələri əldə etdiyiniz və qarşıya çıxan problemləri necə həll etdiyiniz önəmlidir.

Sizdən nə gözləyirik?

  • Layihələri başlanğıcdan sona qədər planlaşdırmaq, təşkil etmək və nəticəyə çatdırmaq; 
  • Layihələrin icrası üçün tələb olunan resursları, vaxtı və büdcəni səmərəli idarə etmək; 
  • Tapşırıqları düzgün bölüşdürmək, icra prosesini koordinasiya etmək və müəyyən edilmiş müddətlərə əməl olunmasına nəzarət etmək; 
  • Potensial riskləri, gecikmələri və problemləri əvvəlcədən müəyyənləşdirmək, onların qarşısının alınması və aradan qaldırılması üçün təşəbbüs göstərmək; 
  • Rəhbərlik, komanda üzvləri, müştərilər və xarici tərəfdaşlarla aydın, peşəkar və nəticəyönümlü kommunikasiya qurmaq; 
  • Azərbaycan və ingilis dillərində onlayn və oflayn görüşləri peşəkar səviyyədə aparmaq; 
  • Lazımi məlumatları müstəqil şəkildə araşdırmaq, təhlil etmək və əsaslandırılmış nəticələr çıxarmaq; 
  • Bir neçə layihəni paralel idarə etmək, prioritetləri düzgün müəyyənləşdirmək və vaxtı səmərəli planlaşdırmaq; 
  • Layihələrin gedişatı, qarşıya çıxan məsələlər və əldə olunan nəticələr barədə rəhbərliyə dəqiq və strukturlaşdırılmış hesabatlar təqdim etmək; 
  • Layihə ilə bağlı sənədləri, planları, təqdimatları və digər materialları hazırlamaq və sistemləşdirmək; 
  • Qarşıya çıxan məsələlərdə yalnız problemi təqdim etməmək, konkret və yaradıcı həll variantları ilə çıxış etmək
  • Yeni ideyalar irəli sürmək, fərqli yanaşmalar tətbiq etmək və layihələrin daha səmərəli həyata keçirilməsi üçün imkanlar yaratmaq; 
  • Görülən işlərə formal yanaşmamaq, layihənin nəticəsinə görə şəxsi məsuliyyət daşımaq və yaradılan dəyəri əsas meyar kimi qəbul etmək
  • Tapşırıqların icrasında yüksək dəqiqlik, intizam, təşəbbüskarlıq və məsuliyyət nümayiş etdirmək.

Tələblər

Təhsil

  • Ali təhsilin olması məcburi tələb deyil, lakin arzuolunandır. Bizim üçün diplomdan daha çox namizədin real bacarıqları, dünyagörüşü, yaradıcılığı, öyrənmə qabiliyyəti, analitik düşüncəsi, satış etmək və nəticə yaratmaq potensialı önəmlidir.

İş təcrübəsi

  • Təcrübədən daha çox potensial önəmlidir.
  • Layihələrin idarə olunması sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür, lakin vakansiyanın əsas şərti deyil. Biz hazır şablonlarla işləyən deyil, fərqli düşünən, yaradıcı yanaşma ortaya qoyan, problemi görüb həll yolu təklif edən və ideyasını nəticəyə çevirə bilən şəxslər axtarırıq.

Sizin neçə il işlədiyinizdən daha çox, nə bacardığınız və nə yarada biləcəyiniz bizim üçün önəmlidir.

Peşəkar bilik və bacarıqlar.

  • Jira, Asana, MS Project və digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı; 
  • Layihələrin planlaşdırılması, monitorinqi və hesabatlandırılması; 
  • Risklərin idarə olunması; 
  • Süni intellekt (AI) alətlərindən effektiv istifadə etmək;
  • Peşəkar təqdimatlar hazırlamaq və onları təqdim etmək;
  • İT və iqtisadiyyat sahəsində bazis/fundamental biliklərə sahib olmaq.
  • Tıkliflər hazırlama bacarığı
  • Güclü analitik və problem həll etmə bacarığı; 
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı işləmək bacarığı. 

Dil bilikləri

  • Azərbaycan dili — sərbəst; 
  • İngilis dili — sərbəst danışıq və yazılı ünsiyyət
  • Rus dili — sərbəst danışıq və yazılı ünsiyyət;

Şəxsi keyfiyyətlər

  • Yüksək məsuliyyət hissi; 
  • Güclü analitik təfəkkür; 
  • Təşəbbüskarlıq; 
  • Liderlik və komanda idarəetmə bacarığı; 
  • Vaxtın düzgün idarə olunması; 
  • Güclü kommunikasiya və təqdimat bacarığı; 
  • Stressli vəziyyətlərdə soyuqqanlı və düzgün qərar qəbul etmək; 
  • Yüksək dəqiqlik və detallara diqqət; 
  • Problemlər qarşısında təşəbbüsü öz üzərinə götürmək; 
  • “Bu mənim işim deyil” yanaşmasından uzaq olmaq. 

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nərimanov metrosu — Heydər Əliyev Mərkəzinin yaxınlığı
  • İş günləri: Bazar ertəsi – Cümə

Əməkhaqqı və Bonuslar:

  • Sabit əməkhaqqı: 500 AZN (Net);
  • Layihə bonusu: Layihələr üzrə 20%-dək yüksək gəlir payı (Layihənin həcmindən asılı olaraq 1,000 - 10,000 AZN arası gəlir imkanı);
  • Əlavə motivasiya: Fərdi performans bonusları.

Bu yanaşmanın məqsədi əməkdaşın gəlirini yalnız işlədiyi vaxta deyil, yaratdığı dəyərə, göstərdiyi performansa və layihəyə verdiyi real töhfəyə bağlamaqdır.

Niyə biz?

  • Özünü inkişaf etdirmək, real layihələrdə məsuliyyət götürmək, peşəkar çevrədə işləmək və nəticəsinə uyğun yüksək qazanc əldə etmək istəyən mütəxəssislə uzunmüddətli əməkdaşlıq qurmaq istəyirik.

Əgər siz:

  • “Mənə nə tapşırılıb?” deyə düşünən deyil, “Bu layihəni necə daha yaxşı nəticəyə çatdıra bilərəm?” deyə düşünən birisinizsə, Sizi tanımaq istərdik.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

Qeyd: Yalnız müəyyən edilmiş tələblərə cavab verən namizədlərin müraciətləri nəzərdən keçiriləcəkdir.

  • Daily126
  • Weekly366
  • Monthly964