Əsas vəzifə öhdəlikləri:
- Havalandırma, isitmə və soyutma sistemləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək
- Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
- Layihə sənədlərinin düzgün şəkildə hazırlanması, texniki şərt və normalara uyğunluğunun yoxlanılması
- BOQ sənədinin sahədə işlənən material və avadanlıqlara görə nəzarət edilməsi.
- Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanmasında və avadanlıqların seçimində iştirak etməsi.
- HVAC sistemlərinin layihələndirilməsi və quraşdırılması zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi
- Mühəndis, avadanlıqların düzgün və təhlükəsiz şəkildə quraşdırılmasını təmin edilməsi
- Layihə sahəsində texniki nəzarət həyata keçirərək, layihənin hər mərhələsində işlərin düzgün və qrafikə uyğun şəkildə aparılmasını təmin etməli
- Sahədə işçi qüvvəsinin idarə edilməsi, onların vəzifələrinin düzgün paylaşdırılması və layihə boyunca səhvlərin azaldılması
Namizədə olan tələblər:
- İxtisası üzrə ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Kompüter bilikləri (MS Office, Autocad proqram təminatlarında sərbəst işləmə bacarığı);
- İşgüzar və məsuliyyətli olmalı.
İş şəraiti:
- Ünvan: İzzət Orucova 2
- İş rejimi: 6 günlük (09:00-17:00, şənbə qısa iş günü)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.