Vəzifə öhdəlikləri
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək
- Layihədəki tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı
- Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi.
- Qiymətləndirmə üçün hesabatların aparılması
- Tender siyahıları əsasında sifarişlərin hazırlanması və təchizatçılardan alınan qiymətlər əsasında baza yaradılması;
- Təchizatçılardan alınan qiymətlərinin müqasiyəli təhlili və Təchizat şöbəsi tərəfindən tənzimlənmiş qiymətlərlə uzlaşdırılması;
- Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
Tələblər:
- Ali təhsil
- Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır
- Tikinti layihələrinin idarəedilməsi üzrə 3 il iş təcrübəsi
- Tikinti sahəsi üzrə normativ sənədlər üzrə müvafiq biliklərə malik olmaq;
- Yaxşı ünsiyyət qura bilmək bacarığı, analitik qabiliyyət;
- MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+
İş şəraiti:
- 6 günlük iş həftəsi, bazar günü istirahət
- İş qrafki: saat 09:00-dan 17:00-na kimi
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq
- Ünvan: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2
Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına subject yerində “Texniki ofis mühəndisi” qeyd edərək göndərə bilərlər.