Almep Trading MMC Almep Trading MMC
  • 316

Korporativ satış meneceri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Korporativ satış meneceri

  • Истекает 16 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yeni fəaliyyətə başlayan “Almep Trading” MMC komandamıza aktiv, ünsiyyətcil və nəticəyönümlü Satış Menecerləri dəvət edir. Şirkətimiz inşaat materialları və elektrik məhsullarının korporativ müştərilərə (B2B) satışını genişləndirmək üçün peşəkar və aktiv satış təmsilçisi axtarır. Namizəd əsasən tikinti şirkətləri, distribyutorlar, istehsal müəssisələri, elektrik quraşdırma şirkətləri və digər biznes partnyorlarla işləyəcək.

İşin təsviri:

  • Şirkətin məhsul portfelini B2B müştərilərə təqdim etmək və korporativ satış prosesini idarə etmək;
  • Yeni biznes müştərilərinin cəlb edilməsi və potensial B2B tərəfdaşların müəyyənləşdirilməsi;
  • Tikinti şirkətləri, podratçılar, elektrik montaj şirkətləri, zavod və müəssisələrlə mütəmadi görüşlər;
  • Müştərilərin layihələrinə uyğun məhsul təkliflərinin hazırlanması;
  • Qiymət təklifləri, kommersiya təklifləri və müqavilə şərtlərinin hazırlanması;
  • Tender proseslərində iştirak və tender sənədlərinin hazırlanmasına dəstək;
  • Satış planlarının yerinə yetirilməsi və aylıq/ rüblük hədəflərə çatmaq;
  • Mövcud B2B müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması və münasibətlərin idarə olunması;
  • Satış sonrası dəstək və müştəri məmnuniyyətinə nəzarət;
  • Bazar araşdırması, rəqiblərin analizi və satış strategiyalarının təkmilləşdirilməsi;
  • Rəhbərliyə satış hesabatlarının təqdim olunması.

Namizədə tələblər:

  • Yaş - 25-35;
  • Orta və ya ali təhsil;
  • Dillər : Azərbaycan və Rus dili (ingilis dili üstünlükdür);
  • Satış sahəsində B2B üzrə minimum 3 il iş təcrübəsi;
  • Korporativ müştərilərlə danışıqlar aparmaq bacarığı;
  • Güclü satış, təqdimat və kommunikasiya bacarıqları;
  • Məsuliyyətli, motivasiyalı və nəticə yönümlü olmaq;
  • MS Office üzrə biliklər;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) — üstünlükdür;
  • Kollektivdə işləmək bacarığı.

İş şərtləri:

  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-18:00, şənbə qısa iş günü);
  • Əmək haqqı: Sabit maaş + yüksək bonus sistemi (B2B satış performansından asılı olaraq);
  • Korporativ telefon və danışıq paketi;
  • Şəxsi avtomobil olduqda yanacaq xərclərinin ödənilməsi;
  • Karyera inkişafı üçün təlimlər və yüksəlmə imkanları;
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin olunacaq;
  • Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə.

“CV”-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerində "Korporativ satış meneceri" başlığı yazmaqla göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily1
  • Weekly499
  • Monthly1678