Almet Holding Almet Holding
  • 560

Almet Holding

Biznes

Gömrük bəyannaməçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Gömrük bəyannaməçisi

  • Deadline 26 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri

  • Komandamıza Gömrük əməliyyatlarını təşkil etmək və koordinasiya etmək üçün Gömrük bəyannaməçisi axtarışındayıq. Təcrübəsinə və bacarığına güvənən namizədləri aramızda görməkdən məmnunluq duyarıq.

Vəzifə öhdəlikləri:

  • Qısa idxal bəyannamələrini tərtib etmək
  • Tranzit gömrük bəyannamələrini tərtib etmək
  • İdxal gömrük bəyannamələrini tərtib etmək (sərbəst dövriyyə, son istifadə, daxili emal)
  • İxrac gömrük bəyannamələrini tərtib etmək
  • Şirkət tərəfindən ödənilməli olan gömrük ödənişlərini düzgün hesablamaq
  • Alınacaq malların ƏDV məbləğlərini hesablamaq və onlarla bağlı hesabatları tam, vaxtında və düzgün şəkildə hazırlayaraq rəhbərliyə təqdim etmək 
  • Şirkətin brokerləri ilə mütəmadi əlaqə saxlamaq

Tələblər:

  • Bakalavr dərəcəsi. (Bəyannaməçinin İxtisas Attestatı olması üstünlükdür)
  • Sahə üzrə 2+  il iş təcrübəsi
  • Əla səviyyədə azərbaycan dilində yazı və danışıq qabiliyyəti 
  • Yaxşı ingilis dili, rus dili biliyi üstünlükdür
  • Yaxşı səviyyədə MS Office biliyi
  • Mükəmməl analitik və problem həll etmə bacarıqları, potensial riskləri müəyyən etmək və azaltmaq bacarığı
  • Vaxtı səmərəli şəkildə idarə etmək, son tarixləri qarşılamaq və dəyişən prioritetlərə uyğunlaşmaq bacarığı

Şirkət nə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi 
  • Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı
  • Digər üstünlüklər (sınaq müddətindən sonra fitness təminatı, özəl tibbi sığorta, korporativ mobil nömrə və s.)

Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

İş yeri – Hyatt Regency Tower3 

  • Daily108
  • Weekly373
  • Monthly2315