İş şəraiti
- Ünvan: Sumqayıt şəhəri
- İş qrafiki: Növbəli
- Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Əsas vəzifələr:
- İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək və yoxlamalar aparmaq;
- İstehsal prosesində yaranan qüsurları vaxtında aşkar etmək və qeydə almaq;
- Hazır məhsul və pəstahların müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq;
- Ölçü vasitələrindən istifadə etməklə məhsulların ölçü və texniki göstəricilərini yoxlamaq;
- İstehsal olunan pəstahların uçotunu və hesabatını aparmaq;
- Keyfiyyət yoxlamalarının nəticələrini sənədləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
- Müəssisədə tətbiq olunan standart, texniki şərt və normativ sənədlərlə işləmək;
- Əritmə və istehsal sahələri ilə koordinasiyalı şəkildə keyfiyyətə nəzarəti həyata keçirmək.
Namizədə tələblər:
- Metallurgiya ixtisası üzrə ali təhsil;
- Metallurgiya sahəsində, xüsusilə əritmə sahəsində iş təcrübəsi;
- Məhsulların keyfiyyətinin yoxlanılması və qüsurların aşkar edilməsi bacarığı;
- Standartlar və texniki sənədlərlə işləmək bacarığı;
- Ölçü vasitələrindən düzgün istifadə etmək bacarığı;
- İstehsal və pəstah uçotunun aparılması üzrə bilik və bacarıqlar;
- Hesabatların hazırlanması və sənədləşdirmə bacarığı;
- Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq.
İşə qəbul zamanı üstünlük veriləcək:
- Metallurgiya zavodunda Keyfiyyətə Nəzarət, Texniki Nəzarət və ya İstehsalat sahəsində iş təcrübəsi;
- Əritmə prosesləri və metallurgiya texnologiyası üzrə praktiki biliklər;
- Keyfiyyət standartları və texniki normativ sənədlər üzrə təcrübə
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.