İş şəraiti:
- Ünvan: Sumqayıt şəhəri
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanı;
- Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Vəzifə öhdəlikləri:
- Gələn elektron qaimələrin yoxlanılması və təsdiqlənməsi;
- Anbara mədaxillərin yoxlanılması;
- Ölkədaxili və ölkəxarici bank əməliyyatları üzrə ödənişlərin həyata keçirilməsi;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların aparılması (əsas vəsaitlər, əmtəə-maddi qiymətlilər, istehsal xərcləri, məhsul satışı, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, sifarişçi və tədarükçülərlə hesablaşmalar və s.);
- Pul vəsaitlərinin və əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsi;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, əməkhaqqı üzrə maliyyə vəsaitlərinin, vergi və digər ödənişlərin vaxtında icrası;
- İstehlak fonduna və digər təyinatlı vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və öhdəliklərin inventarizasiyasında iştirak;
- Hesabatların hazırlanması üçün müvafiq uçot məlumatlarının toplanması və işlənməsi;
- Mühasibat sənədlərinin düzgün saxlanılmasına nəzarət və müəyyən olunmuş qaydada arxivləşdirilməsi;
- Yük gömrük bəyannamələri ilə işləmək.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat və ya İqtisadiyyat ixtisası üzrə);
- Mühasibat sahəsində praktiki iş təcrübəsi;
- Gündəlik mühasibat əməliyyatları üzrə biliklər;
- Logo proqram təminatı ilə işləmək bacarığı;
- Microsoft Excel proqramından sərbəst istifadə bacarığı;
- Analitik düşünmə və hesablama bacarığı;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
Namizədin şəxsi keyfiyyətləri:
- Dəyişən prioritetlərə və iş şəraitinə uyğunlaşma bacarığı.
- Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi;
- İşin planlaşdırılması bacarığı;
- Fəal olması və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.