İş şəraiti:
- Ünvan: Sumqayıt şəhəri
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
- İş qrafiki: 5 günlük iş həftəsi
- Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Vəzifə öhdəlikləri:
- İş yerlərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) qaydalarına nəzarətin həyata keçirilməsi;
- Texniki istismar qaydaları (TİQ), təhlükəsizlik texnikası qaydaları (TTQ) və yanğın təhlükəsizliyi qaydalarına (YTQ) riayət olunmasının təmin edilməsi;
- İstehsalatda baş verə biləcək zədələnmə və risklərin təhlili, qarşısının alınması üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət;
- İş yerlərində sanitar-texniki vəziyyətin, bina, qurğu və avadanlıqların əməyin mühafizəsi baxımından yoxlanılması;
- İş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planlarının hazırlanması və həyata keçirilməsi;
- Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin icrasında iştirak;
- Yeni işə qəbul olunan əməkdaşlar üçün giriş təlimatlarının keçirilməsi;
- İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması və attestasiya prosesində iştirak;
- Təlimatların hazırlanmasında və tətbiqində iştirak;
- İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak;
- SƏTƏM üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və düzgün istifadəsinə nəzarət;
- Ventilyasiya sistemlərinin, qoruyucu qurğuların və təhlükəsizlik vasitələrinin vəziyyətinə nəzarət
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- SƏTƏM sahəsində iş təcrübəsi;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik və operativlik;
- Kompüter bilikləri.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.