Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Alışlar üzrə mədaxillərin proqrama daxil edilməsi;
- Müxtəlif tipli xərclər üzrə yoxlamaların aparılması
- Silinmə, Ləğv etmə aktlarının hazırlanması;
- Anbar qalıqlarının daim nəzarətdə saxlanılması;
- Təchizatçılarla üzləşmələrin aparılması;
- Elektron qaimə fakturaların yoxlanılması;
- Anbarlarda inventarizasiya zamanı iştirak etmək,
- Mağazalarda sayım prosesinin özündə iştirak etmək;
- Stoklar üzrə yoxlanışlar (problemli qalıqlar);
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
- Baş Mühasibin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən az olmayaraq iş stajı (Qida istehsal sahəsində təcrübə mütləqdir);
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq;
- Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C 8.3 proqramını yüksək səviyyədə bilməli;
- Vergi məcəlləsi qanunları və qanunvericilik aktları üzrə biliklər;
İş şəraiti
- İş qrafiki: 09:00-18:00 6-ci gün saat 9:00 - 14:00
- Nahar şirkət tərəfindən qarşılanır
Göstərilən tələblərə cavab verən şəxslərin “Mühasib” başlığı qeyd edərək CV-lərini Müraciət et butonunda qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.