Alp Erdem Elektrik İnşaat Ticaret A.Ş. Alp Erdem Elektrik İnşaat Ticaret A.Ş.
  • 243

Alp Erdem Elektrik İnşaat Ticaret A.Ş.

Engineering

Elektrik üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik üzrə mühəndis

  • Deadline 26 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Alperdem şirkəti keyfiyyət və etibarlılığı ön planda tutaraq Elektrik, Mexanika və İnşaat sektorlarında innovativ layihələr yaradan şirkətlərdən biridir. Böyüməkdə olan komandamıza  dinamik və təcrübəli "Elektrik Sahə Mühəndisi" axtarırıq.

İşin Təsviri:

  • Sahədə bütün elektrik quraşdırma işlərinin və quraşdırma proseslərinin idarə edilməsi və nəzarəti. 
  • İş prosesinin təsdiq edilmiş layihələrə, texniki şərtlərə, yerli qaydalara və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi.
  • Memarlıq, mexaniki və tikinti qrupları ilə birlikdə koordinasiyalı şəkildə sahə əməliyyatlarının düzgün gedişatını təşkil etmək.
  • Sahəyə gələn elektrik materiallarının keyfiyyətinə nəzarətin həyata keçirilməsi və onların texniki şərtlərə uyğunluğunu təsdiq etmək.
  • Gündəlik/həftəlik görülmüş işlərin hesabatlarının hazırlanmas, kəmiyyət ölçmə və ödəniş proseslərinə texniki dəstəyin göstərilməsi. 
  • Sahədə istifadə edilən proqlarmlarda yaranan texniki problemlərin tez və effektiv həllinin təmin edilməsinə köməklik etmək.
  • Əməyin mühafizəsi və təhlükəsizliyi (İTƏ) qaydalarının yerində tam yerinə yetirilməsinə nəzarət etmək.

Ümumi Tələblər:

  • Ali peşə istiqaməti Elektrik Mühəndisliyi və ya Elektrik-Elektronika Mühəndisliyi üzrə olmalıdır.
  • Tikinti və ya sahə mühəndisliyi sahəsində ən azı 5 illik təcrübəyə (Sənaye layihələrində təcrübə üstünlükdür) malik olmalıdır.
  • Orta gərginlikli, yüksək cərəyanlı və aşağı cərəyanlı elektrik sistemləri üzrə dərin texniki biliklərə sahib olamılıdır.
  • AutoCAD və MS Office proqramlarında yüksək səviyyədə bilməlidir.
  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
  • Transformator, elektron avadanlıqların texniki xidməti;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
  • Elektrik layihə sxemlərini oxumalı və tətbiq etməyi bacarmalı
  • Komanda idarəetməsi və subpodratçı koordinasiyasında təcrübəsi olmalıdır.

İş şəraiti:

  • Məşğulluq növü: Tam ştat
  • Yer: Sumqayıt, Azərbaycan
  • Qeyd: Sumqayıtda yaşayanlara üstünlük veriləcək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə rəsmiləşdirmə;
  • Korperativ nömrə;
  • Servis

CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.

Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Elektrik üzrə mühəndis göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

  • Daily56
  • Weekly214
  • Monthly2156