Tam ştat vakansiya: Riyaziyyat müəllimi
Alps Academy komandamıza qoşulmaq üçün ixtisaslı və motivasiyalı Riyaziyyat müəllimi axtarır.
Əsas vəzifələr:
- Riyaziyyat dərslərinin sistemli və maraqlı şəkildə tədris edilməsi
- Şagirdlərin imtahanlara hazırlanması və akademik inkişafının izlənilməsi
- Şagirdlərin fərdi ehtiyaclarına uyğun dəstək və mütəmadi rəy verilməsi
Tələblər:
- Riyaziyyat, Riyaziyyat müəllimliyi və ya uyğun sahə üzrə ali təhsil
- Riyaziyyat fənni üzrə güclü bilik və tədris bacarığı• Riyaziyyatı ingilis dilində sərbəst tədris etmək bacarığı
- SAT Math tədrisi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- IB Mathematics və ya Cambridge Mathematics proqramları üzrə təcrübə yüksək qiymətləndirilir
- Güclü ünsiyyət bacarığı, məsuliyyətli və şagirdyönümlü yanaşma
İş şərtləri:
- Tam ştat iş
- Həftədə 5 iş günü
- Əməkhaqqı müsahibə zamanı razılaşdırılacaq
- Ünvan: Alps Academy, Caspian Plaza, 1-ci mərtəbə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Əlaqə +994 50 787 57 66