Korporativ müqavilələr üzrə aparıcı hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ müqavilələr üzrə aparıcı hüquqşünas

  • Deadline 12 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər:

  • 2 ilədək iş təcrübəsi.
  • Ali təhsil (Hüquqşünas ixtisası üzrə);
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus və ingilis di (tələb olunur);
  • MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli;
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
  • Biznes etikası və biznes görünüşə sahib olmalı;
  • Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını dərindən bilməli;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirməyə həvəsli olmalı;
  • Elektron məhkəmə sistemi ilə işləmək bacarığı;
  • Elan xanım namizədlər üçün nəzərdə tutulmuşdur.

İş barədə məlumat: 

  • Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
  • Şirkətin struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması və zərurət olduqda onlara hüquqi yardım göstərilməsi;
  • Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəy verilməsi;
  • Razılaşma üçün şöbəyə təqdim olunan əsasnamə, müqavilə və digər hüquqi xarakterli sənədlərin və onların layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanması;
  • Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin (qərarlar, nizamnaməyə dəyişikliklər və.s) hazırlanması

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi-Cümə;
  • Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
  • Əmək haqqı: 1000 Azn (net)
  • İş yeri: Ofis

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlərdən şəkilli CV-lərini yuxarıda qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.

  • Daily58
  • Weekly319
  • Monthly898