İstehsalat sexi üzrə işçi

  • Истекает 14 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tent, çətir və müxtəlif kölgəlik sistemlərinin istehsalı və quraşdırılması ilə məşğul olan ALTENT MMC şirkətinə işgüzar, məsuliyyətli və bacarıqlı əməkdaşlar axtarılır.

Namizədlərə tələblər:

  • Yaş həddi: 22–50 yaş
  • Fiziki işlərə uyğunluq və texniki işlərə bacarıq
  • Əl alətləri və elektrik avadanlıqları ilə işləmək bacarığı
  • İşinə məsuliyyətli, dürüst və dəqiq yanaşma
  • Komandada işləmək bacarığı
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

Aşağıdakı bacarıqlara malik namizədlərə üstünlük verilir:

  • Dəmir qaynaq işlərini bacaran
  • Drel, laqonda və digər elektrik alətlərindən istifadə etməyi bacaran
  • Metal konstruksiyaların hazırlanması və yığılması üzrə təcrübəsi olan
  • Avtomobil idarə etməyi bacaran (sürücülük vəsiqəsi olan)
  • İstehsalat və montaj sahəsində iş təcrübəsi olan
  • Tikiş aparatında işləmək bacarığı (şərti)

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – şənbə
  • İş saatları: 09:00–18:00
  • İstirahət günü: Bazar
  • Əməkhaqqı: 600 - 900 Azn
  • Ünvan - Binəqədi - Zəngəzurun arxası

Əlaqə: 055 / 050 312 26 16 - Ceyhun bəy

Qeyd - İşinə ciddi yanaşan, öyrənməyə həvəsli və uzunmüddətli əməkdaşlıq etmək istəyən namizədlərin müraciətləri gözlənilir.

  • Daily121
  • Weekly443
  • Monthly1298