Otel Resepsionisti (Front Office Əməkdaşı)

  • Истекает 8 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamıza qoşulmaq üçün peşəkar və ünsiyyətcil otel resepsionisti axtarırıq. Namizəd qonaqlara yüksək səviyyədə xidmət göstərməli və resepsiya işinin düzgün təşkilini təmin etməlidir.

Vəzifə öhdəlikləri

  • Qonaqları qarşılamaq və yola salmaq 
  • Check-in və check-out proseslərini həyata keçirmək 
  • Rezervasiyaları qəbul etmək və idarə etmək 
  • Telefon zənglərini cavablandırmaq və e-maillərə cavab vermək 
  • Otel xidmətləri və ətraf ərazilər haqqında məlumat vermək 
  • Qonaq müraciətlərini və şikayətlərini peşəkar şəkildə həll etmək 
  • Ödənişləri qəbul etmək və qeydiyyat aparmaq 
  • Digər şöbələrlə koordinasiyanı təmin etmək 

Tələblər:

  • Yaxşı ünsiyyət bacarıqları 
  • İngilis və rus dillərini sərbəst bilmək 
  • Otel və ya xidmət sahəsində təcrübə arzuolunandır 
  • Kompüter bilikləri 
  • Növbəli iş rejimində işləmək bacarığı 
  • Məsuliyyətli, səliqəli və gülərüz olmaq

İş şəraiti

  • 8 saatlıq iş qrafiki 
  • Səhər, günorta və axşam növbələri (növbəli iş rejimi) 
  • Əmək haqqı: 700 AZN
  • İş yeri: Nizami küçəsi 90A, Landmark III

Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CV göndərən zaman vəzifənin adını mövzu bölməsində göstərin.

  • Daily21
  • Weekly384
  • Monthly864