Altura Construction MMC Altura Construction MMC
  • 191

Altura Construction MMC

Tikinti , Bina tikintisi

Anbardar (Tikinti sahəsi)

  • Deadline 17 Avqust 2026

Layihənin yeri: Balakən şəhəri

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında

Məşğulluq növü: Tam iş günü (Tam ştat)

İşin Təsviri və Öhdəliklər:

  • Tikinti sahəsindəki açıq və qapalı anbarlara nəzarət edilməsi;
  • Tikinti əl alətlərinin, xırdavat materiallarının və digər tikinti materiallarının qəbulu, yerləşdirilməsi və qorunub saxlanılması;
  • Materialların sahəyə təyinatı üzrə təhvil verilməsi və uçotunun aparılması;
  • Alətlərin saz vəziyyətdə təhvil alınıb-verilməsinə, sahədən geri qayıdan avadanlıqların qeydiyyatına nəzarət edilməsi;
  • Anbardakı material qalıqları barədə müntəzəm hesabatların hazırlanması və sahə rəhbərliyinə təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil: Orta və ya orta-ixtisas təhsili (Ali təhsil tələb olunmur);
  • Təcrübə: ikinti və ya material anbarı sahəsində 1-2 il iş təcrübəsi;
  • Tikinti materialları və əl alətləri (adları, növləri və təyinatı) haqqında anlayışın olması;
  • Məsuliyyətli, dürüst, detallara qarşı diqqətli və nizam-intizamlı olmaq;
  • Balakən şəhərində yerləşən layihədə tam ştat işləyə bilmək imkanı.

Şirkət tərəfindən təmin olunur:

  • Yemək xərcləri tam qarşılanır;
  • Qalmaq (yaşayış) yeri şirkət tərəfindən təmin edilir;
  • Nəqliyyat (transport) xərcləri şirkət tərəfindən ödənilir;
  • Müvafiq sahədə təcrübəli komanda ilə işləmək və peşəkar inkişaf imkanı;
  • Əmək haqqı və digər şərtlər namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Anbardar - Balakən" qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

  • Daily111
  • Weekly594
  • Monthly1658