Layihənin yeri: Balakən şəhəri
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında
Məşğulluq növü: Tam iş günü (Tam ştat)
İşin Təsviri və Öhdəliklər:
- Tikinti sahəsindəki açıq və qapalı anbarlara nəzarət edilməsi;
- Tikinti əl alətlərinin, xırdavat materiallarının və digər tikinti materiallarının qəbulu, yerləşdirilməsi və qorunub saxlanılması;
- Materialların sahəyə təyinatı üzrə təhvil verilməsi və uçotunun aparılması;
- Alətlərin saz vəziyyətdə təhvil alınıb-verilməsinə, sahədən geri qayıdan avadanlıqların qeydiyyatına nəzarət edilməsi;
- Anbardakı material qalıqları barədə müntəzəm hesabatların hazırlanması və sahə rəhbərliyinə təqdim edilməsi.
Namizədə dair tələblər:
- Təhsil: Orta və ya orta-ixtisas təhsili (Ali təhsil tələb olunmur);
- Təcrübə: ikinti və ya material anbarı sahəsində 1-2 il iş təcrübəsi;
- Tikinti materialları və əl alətləri (adları, növləri və təyinatı) haqqında anlayışın olması;
- Məsuliyyətli, dürüst, detallara qarşı diqqətli və nizam-intizamlı olmaq;
- Balakən şəhərində yerləşən layihədə tam ştat işləyə bilmək imkanı.
Şirkət tərəfindən təmin olunur:
- Yemək xərcləri tam qarşılanır;
- Qalmaq (yaşayış) yeri şirkət tərəfindən təmin edilir;
- Nəqliyyat (transport) xərcləri şirkət tərəfindən ödənilir;
- Müvafiq sahədə təcrübəli komanda ilə işləmək və peşəkar inkişaf imkanı;
- Əmək haqqı və digər şərtlər namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Anbardar - Balakən" qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.