Yol mühəndisi

  • Истекает 2 октябрь 2026

Vakansiya:Yol mühəndisi

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Əmək haqqı: 2 500 AZN

İş təcrübəsi: Minimum 2 il

Vəzifə öhdəlikləri:

  • Yol tikintisi və təmiri işlərinin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək;
  • Tikinti işlərinin keyfiyyətinə və texnoloji ardıcıllığına nəzarət etmək;
  • Yol örtüyü, asfalt-beton, torpaq və əsas qatların hazırlanması üzrə işləri koordinasiya etmək;
  • Layihə və işçi çertyojları oxumaq və sahədə tətbiqinə nəzarət etmək;
  • Görülən işlərin həcmini yoxlamaq və müvafiq hesabatları hazırlamaq;
  • Tikinti materiallarının texniki tələblərə və standartlara uyğunluğunu yoxlamaq;
  • Podratçı və işçi briqadalarının fəaliyyətini koordinasiya etmək;
  • Gündəlik və həftəlik görülən işlər üzrə hesabatlar hazırlamaq;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.

Namizədə tələblər:

  • Yol mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun ixtisas üzrə ali təhsil;
  • Yol tikintisi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yol tikintisi texnologiyaları və tikinti norma və standartları üzrə bilik;
  • AutoCAD və MS Office proqramlarında işləmə bacarığı;
  • Texniki sənədlərlə işləmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.

 

Maraqlanan namizədlərin CV-lərinin mövzu hissəsində “Yol mühəndisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly484
  • Monthly370