Altura Construction MMC Altura Construction MMC
  • 391

Altura Construction MMC

Construction , Building Construction

Sahə rəisi

  • Deadline 17 August 2026

Vakansiya: Sahə Rəisi (Tikinti)

Şirkət: ALTURA Construction MMC

Layihənin yeri: Balakən şəhəri

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında

Məşğulluq növü: Tam iş günü (Tam ştat)

İşin Təsviri və Öhdəliklər:

  • Tikinti sahəsindəki işlərin layihə sənədlərinə, tikinti normalarına (TikN) və təhlükəsizlik qaydalarına uyğun idarə edilməsi;
  • İş qrafikinə riayət olunmasına nəzarət və işçi qüvvəsinin sahə üzrə düzgün bölüşdürülməsi;
  • Tikinti materiallarının hesabatının aparılması, onlardan səmərəli və qənaətlə istifadə olunmasının təmin edilməsi;
  • Sahədə çalışan subpodratçıların və fəhlələrin fəaliyyətinin koordinasiya edilməsi;
  • Görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatların verilməsi.

Namizədə dair tələblər:

  • Təhsil: Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) məzunu (İnşaat mühəndisliyi və ya müvafiq sahə);
  • Təcrübə: Tikinti sahəsində minimum 2 il iş təcrübəsi (Sahə rəisi və ya bənzər vəzifədə);
  • Layihə-smeta sənədlərini və cizgiləri sərbəst oxumaq bacarığı;
  • Komandanı idarəetmə və liderlik keyfiyyətləri;
  • Balakən şəhərində yerləşən layihədə tam ştat işləyə bilmək imkanı.

Şirkət tərəfindən təmin olunur:

  • Yemək xərcləri tam qarşılanır;
  • Qalmaq (yaşayış) yeri şirkət tərəfindən təmin edilir;
  • Nəqliyyat (transport) xərcləri şirkət tərəfindən ödənilir;
  • Müvafiq sahədə təcrübəli komanda ilə işləmək və peşəkar inkişaf imkanı;
  • Əmək haqqı və digər şərtlər namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.

Müraciət qaydası: Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Sahə Rəisi - Balakən" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

  • Daily108
  • Weekly591
  • Monthly1655