Vakansiya:Yol mühəndisi
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Əmək haqqı: 2 500 AZN
İş təcrübəsi: Minimum 2 il
Vəzifə öhdəlikləri:
- Yol tikintisi və təmiri işlərinin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək;
- Tikinti işlərinin keyfiyyətinə və texnoloji ardıcıllığına nəzarət etmək;
- Yol örtüyü, asfalt-beton, torpaq və əsas qatların hazırlanması üzrə işləri koordinasiya etmək;
- Layihə və işçi çertyojları oxumaq və sahədə tətbiqinə nəzarət etmək;
- Görülən işlərin həcmini yoxlamaq və müvafiq hesabatları hazırlamaq;
- Tikinti materiallarının texniki tələblərə və standartlara uyğunluğunu yoxlamaq;
- Podratçı və işçi briqadalarının fəaliyyətini koordinasiya etmək;
- Gündəlik və həftəlik görülən işlər üzrə hesabatlar hazırlamaq;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər:
- Yol mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun ixtisas üzrə ali təhsil;
- Yol tikintisi sahəsində minimum 2 il iş təcrübəsi;
- Yol tikintisi texnologiyaları və tikinti norma və standartları üzrə bilik;
- AutoCAD və MS Office proqramlarında işləmə bacarığı;
- Texniki sənədlərlə işləmə bacarığı;
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.
Maraqlanan namizədlərin CV-lərinin mövzu hissəsində “Yol mühəndisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.