Elektrik Mühəndisi

  • Истекает 21 сентябрь 2026

İşin Təsviri və Öhdəliklər:

Quyudibi ESP sistemlərinin yerüstü və quyudibi elektrik avadanlıqlarının montajı, sazlanması, diaqnostikası və cari təmirini həyata keçirmək;

VFD (Tezlik Çevirici) idarəetmə şkaflarının, daxili elektrik sxemlərinin, Giriş (Input) və Çıxış (Output) reaktorlarının texniki baxımını təmin etmək;

Quyudibi sualtı elektrik mühərriklərinin (12-30 kW və yuxarı) elektrik sarğılarının və yüksək gərginlikli (3 KV / 5 KV) güc kabellərinin izolyasiya müqavimətini (Megger testi) yoxlamaq, kabel muftalarının (splice) qurulmasında iştirak etmək;

Quyudibi telemetriya sensorlarının (TMS) rabitə xətlərini və yerüstü GSM-modem monitorinq sistemlərini sazlamaq, göstəriciləri izləmək;

Nasosun işçi xarakteristikası əyrilərini (Pump Performance Curve) analiz edərək elektrik yüklənmələrini idarə etmək və mühərrikin həddindən artıq qızması (overload) və ya sıxışması (lock) hallarında nasazlıqları aradan qaldırmaq;

Ağır quyu şəraitində (qum, yüksək su və bakterial mühit) elektrik avadanlıqlarının fasiləsiz işini təmin etmək;

Elektrik təhlükəsizliyi (HSE/SƏTƏM) qaydalarına və sənaye standartlarına ciddi şəkildə riayət etmək.

 

 

Namizədə dair Tələblər:

Təhsil: Elektroenergetika mühəndisliyi, Avtomatika üzrə Ali təhsili;

Təcrübə: Neft-qaz hasilatı sahəsində, xüsusilə ESP sistemlərinin, VFD kabinetlərinin və kabellərin təmiri/montajı sahəsində minimum 3 il rəsmi iş təcrübəsi;

Sertifikat: 1000V-dan yuxarı gərginlikli qurğularda işləmək üçün IV və ya V rəsmi Elektrik Təhlükəsizliyi Qrupu sertifikatı / vəsiqəsi (Mütləqdir);

Texniki Biliklər: Elektrik sxemlərini (Schematic Diagrams) və avadanlıq pasportlarını sərbəst oxumaq bacarığı;

Dil Bilikləri: Azərbaycan dili (əla), Rus(əla), İngilis dili bilikləri (orta/texniki səviyyədə) arzuolunandır;

Komandada işləmək bacarığı, məsuliyyətlilik və texniki problemləri operativ həll etmə qabiliyyəti.

 

Qeyd: CV göndərərkən mütləq şəkildə maaş gözlənitnizi yazın.

  • Daily0
  • Weekly586
  • Monthly1761