Avto Səbət sürücüsü

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avto Səbət sürücüsü

  • Deadline 15 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Avadanlığın gündəlik texniki baxışını həyata keçirmək: 
  • İşə başlamazdan  əvvəl avto səbətin texniki vəziyyətini yoxlamaq: hidravlik sistem, təkərlər, idarəetmə orqanları, siqnallar, əyləclər, sabitləyici dayaqlar və digər əsas    hissələr.  İstismar jurnalında gündəlik baxış və texniki vəziyyətlə bağlı qeydlər aparmaq.

 Avto səbəti təhlükəsizlik qaydalarına uyğun şəkildə idarə etmək: 

  • Avadanlığın qaldırma və endirmə əməliyyatlarını təhlükəsiz məsafədə və müvafiq yol nişanları ilə təmin etmək.
  • Yalnız stabil və bərkidilmiş vəziyyətdə səbətin qaldırılmasına icazə vermək.
  • İqlim və hava şəraitini nəzərə alaraq təhlükəli şəraitdə (güclü külək, yağış və s.) işdən imtina etmək hüququnu istifadə etmək.

Qaldırma əməliyyatlarında insan və əmlak təhlükəsizliyini təmin etmək: 

  • Səbətdə olan şəxslərin təhlükəsizlik kəmərləri və fərdi mühafizə vasitələri ilə təchiz olunmasını yoxlamaq. 
  • Ətraf ərazidə mühafizə zonası yaratmaq və digər işçilərin yaxınlaşmamasına nəzarət etmək.

Texniki göstəricilərə uyğun yüklə işləmək:

  • Avadanlığın maksimal yükqaldırma qabiliyyətini aşmamaq. 
  • Səbətin altında və ya yaxınlığında insan və ya digər texnika olarkən işə başlamamaq.

Nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırılması üçün tədbir görmək: 

  • Avto səbətdə hər hansı nasazlıq və ya səs-küy hiss etdikdə dərhal işə ara verərək məsul şəxslərə məlumat vermək. 
  • Texnikaya müdaxilə etmədən, yalnız ixtisaslı mexanikin iştirakı ilə təmir işlərinin görülməsini təmin etmək.

 Yanacaq və texniki mayelərin sərfiyyatına nəzarət etmək: 

  • Yanacaq səviyyəsini və hidravlik yağın miqdarını gündəlik yoxlamaq. 
  • Hər hansı sızma və ya normadan kənar sərfiyyat hallarında qeydiyyat aparmaq və məlumat vermək.

Qrafik üzrə tapşırıqları vaxtında və düzgün icra etmək: 

  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında, düzgün və təhlükəsiz şəkildə yerinə yetirmək. 
  • İş planı əsasında səbətin yerləşdirilməsi və təyin olunan sahədə işin görülməsini təmin etmək.

Ətraf mühitin və texnikanın təmizliyini qorumaq: 

  • Texnikanın işdən sonra təmizlənməsini təmin etmək. 
  • Səbətin içərisində və ətrafında zibilin qalmasına yol verməmək.

İş qrafiki və qeydlər:

  • Əmək haqqı: 1200 Azn
  • 6 gülük işn qrafiki
  • İş yerinin ünvanları: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)

Tələblər

  • İş stajı; 2- ildən az olmayaraq
  • Yaş həddi: 25-45
  • Qeyd: Bəy namizədlərə üstünlük veriləcək.

Müsahibə üçün müraciət ünvanı: Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Avto Səbət” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily129
  • Weekly527
  • Monthly1251